"Super güc dövlətlər Azərbaycanın Vətən müharibəsində istifadə etdiyi taktikanı öyrənir" - DEPUTAT
"Bu gün silahlı qüvvələrimiz 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə əldə edərək ərazi bütövlüyümüzü bərpa edən qalib ordunun nümayəndələri kimi öz bayramını qeyd edir".
Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.
Deputat bu günü qürurla qeyd etdiyimizi bildirib:
"Azərbaycan xalqı müzəffər ordumuzla fəxr edir, düşmən üzərində əldə etdiyi bütün qələbələrə görə sevinir.
Bu gün müasir silah-sursat və hərbi texnika ilə təmin edilən, yüksək döyüş qabiliyyətinə malik Azərbaycan ordusu uçan pilotsuz və pilotlu aqreqatlardan istifadə edərək peşəkarlıqla hibrid müharibəni aparmaq imkanına qadir. Azərbaycan heç bir blokun üzvi olmamasına baxmayaraq, həm NATO, həm də digər dövlətlərin standartlarına uyğun öz hərbi potensialını yetişdirib və istənilən müharibəni aparmaq gücünə malikdir".
Deputatın sözlərinə görə, super güc hesab olunan bir çox dövlətlər var ki, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində istifadə etdiyi taktikanı öyrənir:
"Çünki biz hibrid müharibəni hərb, informasiya və digər istiqamətlərdə elə apardıq ki, çoxusunun illərlə nail olmadığı qələbəni cəmi 44 gün ərzində əldə etdik. Əlbəttə ki, bu möhtəşəm qələbə Ali Baş Komandanın ordu quruculuğu sahəsində atdığı addımlar, rəşadətli ordumuzun və Azərbaycan xalqının birgə vəhdəti sayəsində oldu.
Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də tezliklə normal həyatlarına qayıtmaqlarını arzulayıram. Qürurla deyə bilərəm ki, Azərbaycan ordusu öz xalqını qorumağa qadirdir və tək regionda deyil, beynəlxalq səviyyədə də tanınır. Ən önəmlisi isə, bu gün ordumuz ilk 50-liliyə daxildir. Elə ordular var ki, müharibə görmədikləri üçün son 20 ildə bir mərmidən belə, istifadə etməyib. Amma Azərbaycanın şanlı ordusu son 30 ildə təlimlərdə iştirak edərək yüksək səviyyəyə çatıb.
Bu gün hər birimiz belə şanlı və güclü ordumuz olduğu üçün fəxr edirik".
Arzu Nağıyev 1994-ci ildə atəşkəs elan edildiyi zaman bugünkü kimi güclü ordumuzun olmadığını da vurğulayıb:
"Çünki o zaman bizim maddi bazamız mövcud deyildi. Bugünkü güclü ordumuzun maddi bazasının təməli ulu öndər Heydər Əliyev və onun qurduğu beynəlxalq kontraklar, imzalanan Əsrin müqaviləsi və ondan gələn gəlirlər hesabına qoyuldu. Ordu quruculuğunun inkişafı sahəsində büdcədən çox ciddi maliyyə ayrıldı. Bu illər ərzində ordu quruculuğu Ali Baş Komandan İlham Əliyevlə ən yüksək mərhələyə çatdırıldı. Məhz bu illər ərzində cənab Prezidentin Azərbaycan ordusunun güclənməsi istiqamətində seçdiyi doğru strategiya, ərazi bütövlüyümüzün bərpasına hesablanmış addımlar sayəsində biz 30 il həsrət qaldığımız rayon və şəhərlərimizə qayıda bildik.
Bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhidlərimizin ailələrinə, qazilərimizə və Azərbaycan ordusunun hər bir əsgərinə yüksək qayğı göstərilir. Dövlət tərəfindən hərbçilərimizə həssas təbəqə kimi baxılaraq, əmək haqları, mənzil şəraitinin yaxşılaşdırılması, məişət problemləri ilə bağlı daim lazım olan bütün dəstək və kömək göstərilir. İyunun 25-də cənab Prezident tərəfindən imzalanan sərəncamlar bir daha onu göstərdi ki, istər dövlət başçısı kimi, istərsə də Ali Baş Komandan kimi o, daim öz xalqının və ordusunun yanındadır.
Bir daha Ali Baş Komandan başda olmaqla, Azərbaycan ordusunun bütün heyətini təbrik edirəm".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR