Çempionlar Liqası: "Qalatasaray" və "Legiya"nın mümkün rəqibləri bilindi

Çempionlar Liqası: "Qalatasaray" və "Legiya"nın mümkün rəqibləri bilindiUEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun potensial cütləri müəyyənləşib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı II raundda Estoniya "Flora"sını keçsə, növbəti mərhələdə "Dinamo" (Zaqreb, Xorvatiya) / "Omoniya" (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.

Türkiyə "Qalatasaray"ı isə Niderland PSV-sini mübarizədən kənarlaşdıracağı halda, "Seltik" (Şotlandiya) / "Midtüllan" (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar yolu

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Omoniya" (Kipr) cütünün qalibi - "Legiya" (Polşa) – "Flora" (Estoniya) cütünün qalibi

"Linkoln" (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün qalibi - "Slovan" (Slovakiya) / "Yanq Boyz" (İsveçrə) cütünün qalibi

"Olimpiakos" (Yunanıstan) / "Neftçi" (Azərbaycan) cütünün qalibi - "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi

"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün qalibi - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün qalibi

"Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün qalibi - "Reyncers" (Şotlandiya)

"Ferentsvaroş" / "Jalgiris" (Litva) cütünün qalibi - "Slaviya" (Praqa, Çexiya)

Liqa yolu

PSV (Niderland) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi - "Seltik" (Şotlandiya) / "Midtüllan" (Danimarka) cütünün qalibi

"Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya)

"Genk" (Belçika) - "Şaxtyor" (Ukrayna)

"Monako" (Fransa) - "Rapid" (Avstriya) / "Sparta" (Praqa, Çexiya) cütünün qalibi

Qeyd edək ki, III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 793   Tarix: 19 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

Azərbaycanlı baş məşqçi Xavi ilə görüşəcək - FOTO

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub. "Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb. Mütəxəssisi

24 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının illər əvvəl argentinalı ulduz Lionel Messi ilə çəkdirdiyi şəkil sosial şəbəkələrdə paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, millimizin üzvünün bu fotosu maraqla qarşılanıb. Qeyd edək ki, Musa Qurbanlı hazırda İsveçi

18 aprel
.

Qurban Qurbanovdan "Beşiktaş"la bağlı AÇIQLAMA

"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib. xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:. - Sönük oyun getdi. İstərdi

20 aprel
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24 aprel
.

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm". Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib. H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:. "Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir

25 aprel
.

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" saat 16:30-da sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Günün digər matçnda 47 xalla 3-cü pilləd

20 aprel