Sevgilisi tərəfindən bıçaqlanan qadın: "Hər şey aşıq Namiqin mesajlarından sonra başladı"

Sevgilisi tərəfindən bıçaqlanan qadın: "Hər şey aşıq Namiqin mesajlarından sonra başladı"Bakıda sevgilisini öldürməyə cəhddə təqsirləndirilən Türkiyə vətəndaşı Ucrak Abdulhalimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İstintaqla müəyyən edilib ki, U. Abdulhalim 3 il qeyri-rəsmi münasibətdə yaşadığı Fidan Süleymanovanı qısqanclıq zəminində bıçaqlayaraq öldürməyə cəhd edib.

Lent.az məlum cinayət işinin materiallarını tədqim edir:

Belə ki, məhkəmədə dindirilən Türkiyə vətəndaşı deyib ki, 20 ilə yaxındır ki, Azərbaycan Respublikasında yaşayıb və burada işləyib: "Fidan ilə təxminən 3 il bundan əvvəl ortaq dostlarımız vasitəsi ilə tanış olmuşam. Daha sonra aramızda sevgi münasibətləri yaranıb. Fidanın kirayədə qaldığı evdə birgə yaşamışıq. Onunla münasibətlərimiz çox yaxşı olub. Onun qızları Fatimə və Xuramana da öz qızlarım kimi baxmışam. Lakin son aylarda Fidanla aramızda problemlər yarandı. Fidan bəzən evə çox gec gəlirdi, bəzən isə rəfiqəsinin evində qalacağını bəhanə edərək ümumiyyətlə gəlmirdi. Hətta bir neçə dəfə onun mobil telefonla gizlin danışmalarının şahidi olmuşam. Ondan şübhələnməyə başladım. Daha sonra Fidanının "whatsapp"la başqa kişi ilə yazışmalarını tutdum".

Yeni il gecəsi qətl...

U. Abdulhalim qeyd edib ki, yeni il gecəsi Fidanı öldürmək qərarına gəlib: "Yataq otağına girdik, Fidan yorğun olduğunu deyərək yatdı. Bu zaman Fidanın telefonunda film izlədim. Fatimə və Xuraman da qonaq otağında yerdə yatmışdılar. Bir müddətdən sonra Fidanın artıq yuxuya getdiyini gördüm, telefonundakı "whatsapp" proqramını açdım və nömrələr siyahısındakı şəxsləri yoxladım. Bu zaman "Sevil" adına rast gəldim. Həmin nömrəni bir dəfə də Fidanın telefonunda görmüşdüm və bu nömrə hansısa oğlana məxsus idi. Düzdür, "Sevil" adı altında qeydiyyatda olan nömrə ilə Fidan arasında hər hansı bir yazışma yox idi. Lakin yenə də Fidanı oyadaraq həmin nömrənin niyə hələ də yaddaşda saxlamasının səbəbini soruşdum. Fidan isə mənə səhvən həmin nömrənin qeydiyyatda qaldığını dedi. Onun bu sözlərinə inanmayaraq yalan danışdığını bildirdim. Bu vaxt Fidan özündən çıxaraq ümumiyyətlə, məni görmək istəmədiyini, bu səbəbdən də evi tərk etməyimi əmr etdi. Məni itələyərək yataq otağından çıxardı və ağır söyüşlərlə təhqir etdi. Fidanın xəyanət etmək ehtimalını düşünərək çox qəzəbləndim. Bu zaman Fidanı cəzalandırmaq üçün mətbəxdən bıçağı götürək onun üstünə getdim. Otağa daxil olan kimi Fidanın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirdim. Birdən kiminsə başımı arxadan tutduğunu hiss elədim. Arxaya çevriləndə Fidanın böyük qızı Fatimənin olduğunu gördüm. Bu zaman əlim boşaldı və daha Fidanı vura bilməyib bıçağı yerə atdım. Baş verənlərdən sonra həyata nifrət etdim. Əlimdəki bıçaqla özümə xəsarətlər yetirdim. Evdə yaranmış səs-küyə Fidanın qonşu mənzildə yaşayan qohumları gəldi və mən mənzildən çıxaraq pilləkənlərlə aşağı düşdüm. Könüllü şəkildə polis şöbəsinə getdim və törətdiyim hadisəni etiraf elədim. Yaralı olduğum üçün məni Respublika Klinik Xəstəxanasına apardılar".

Ucrak Abdulhalim ifadəsinin sonunda Fidandan üzr istəyib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Fidan Süleymanova bildirib ki, azyaşlı qızları 2007-ci il təvəllüdlü Fatimə və 2014-cü il təvəllüdlü Xuraman ilə birlikdə yaşayır. O qeyd edib ki, iki qızı var və onların ataları ayrıdır: "Tibb texnikumunu bitirəndən sonra tibb bacısı kimi fəaliyyətə başladım. Xəstələrin evlərinə gedərək onlara sistem qoyurdum. Bu yolla özümü və qızlarımı dolandırırdım. Ucrak Abdulhalimi 3 ilə yaxındır tanıyıram. Onunla 6-7 ay dost olduqdan sonra aramızda yaxın münasibətlər yarandı və bir yerdə yaşamağa başladıq. Abdulhalim vaxtaşırı Qazaxıstana işləməyə gedirdi, lakin 2019-cu ilin sonlarından etibarən daima Bakıda qaldı və biz birlikdə yaşadıq. Abdulhalim mənə və övladlarıma qarşı hər zaman mehriban olub və yaxşı rəftar edib. Qızlarım Fatimə və Xuramana ata qayğısı göstərib. O, ümumiyyətlə sakit təbiətli insan olub".

Qadın qeyd edib ki, məlum hadisə baş verməmişdən qabaq son 3 ay müddətdə aralarında soyuqluq yaranıb: "Belə ki, həmin dövrdə "Dostluq" kinoteatrının yaxınlığında bir evdə xəstəyə sistem qoşub oradan çıxan zaman məhəllədə adını sonradan Namiq olduğunu bildiyim şəxs mənə yaxınlaşdı. O mənə özü üçün sistem vurulmalı olduğunu dedi və bu səbəbdən də nömrəmi istədi. Həmin şəxs özünü məşhur aşıq kimi təqdim etdiyi üçün ona inandım və nömrəmi verdim. Adını da telefonumda "saz çalan" kimi qeyd etdim. Bundan sonra həmin şəxs mənə "whatsapp" vasitəsilə mesaj yazaraq yaxınlıq etmək istədiyini bildirdi. Mən onun təklifinə rədd cavabı verdim. Bundan sonra o mənə nalayiq mesajlar yazmağa başladı. Hər şey bundan sonra başladı... Bir gün xəstələrimdən birinin evinə sistem qoymaq üçün gedərkən telefonum evdə qaldı. Namiqin mənə yazdığı mesajları Abdulhalim gördü. Evə qayıtdıqdan sonra Abdulhalim məni mesajlarla bağlı sorğu-suala tutdu. Vəziyyəti izah etdikdən sonra Abdulhalim məndən telefon nömrəmi dəyişməyimi istədi. Mən də nömrəmi dəyişdim. Bu hadisədən sonra Abdulhalimin qısqanclığı artdı. Tez-tez zəng vurub harada olmağım ilə maraqlanırdı. İynə vurmaq üçün getdiyim evlərdən şəkil çəkib atmağımı istəyirdi. Yeni il bayramını Abdulhalim ilə bir yerdə kirayə yaşadığım mənzildə qeyd etdim və hər şey öz qaydasında idi. Həmin gün bir neçə nəfərə iynə vurmağa getmişdim. Sonuncu iynəmi vurandan sonra tanışlarım Leyla və Nərminlə görüşmək üçün onların evinə getdim. Bir stəkan çay içəndən sonra evə qayıtdım. Yorğun olduğumdan yatmaq üçün yataq otağına getdim. Telefonum isə uşaqlarda idi. Qısa müddətdən sonra Abdulhalim gəlib məni oyadaraq telefonumun kodunu açmağımı tələb etdi. Yuxudan oyanaraq gecə vaxtı qısqanclıq etməyinin səbəbini soruşdum. Abdulhalim isə guya mənim xəyanət etdiyim üçün telefonu açmaqdan yayındığımı bildirdi. Onun mənasız qısqanclıqlarından bezdiyimi bildirdim və evdən getməsini tələb etdim. Abdulhalim mətbəx bıçağını götürüb üzərimə gəldi. Mən də yataq otağına qaçdım. Lakin qapını bağlaya bilmədim. O, bıçaqla mənə zərbələr vurmağa başladı. Yerə yıxıldım. Müqavimət göstərməyə çalışsam da gücüm çatmadı. Qızım Fatiməni səslədim ki, qonşulara xəbər versin. Bundan sonra Abdulhalim əlindəki bıçağı yerə atdı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ucrak Abdulhalim 11 il 3 ay azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7168   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021