Müharibə "fətva" ilə deyil, əsgərlərin qanı ilə qazanılır

Müharibə "fətva" ilə deyil, əsgərlərin qanı ilə qazanılırQafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ötən gün bayram namazından sonra İranın dini lideri Ayətullah Əli Xameneyi ilə bağlı verdiyi açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Azxeber.com bu mövzu ilə bağlı yazı təqdim edib.

Allahşükür Paşazadənin mediada yayımlanan açıqlamasında deyilir: "Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xameneyi həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneyinin "Qarabağ torpağı İslam torpağıdır" deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı".

Bəs, görəsən həqiqətənmi İran Vətən Müharibəsində Azərbaycanın qələbəsinə fətva verib?

İlk olaraq qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında İkinci Qarabağ müharibəsi dönəmində istər münaqişə tərəflərinə qonşu olan dövlətlər, istərsə də Avropa ölkələri iki ölkə arasında seçim etməli oldular.

Azərbaycan cəmiyyəti prosesləri yaxından izlədi, dostunun və düşməninin kim olduğuna bir daha şahid oldu.

Bu münasibətdə qonşu dövlət olan İranın müharibədən əvvəl və müharibə zamanı Ermənistana maddi və hərbi dəstəyi açıq-aşkar sezilirdi. Bununla bağlı mediada və sosial şəbəkədə xeyli material mövcuddur.

İranın Ermənistana bu cür münasibəti Azərbaycan ictimaiyyətində hər zaman müzakirə olunan məsələlərdən biri olub. Bu müzakirələr isə İkinci Qarabağ müharibəsində daha da artdı. Çünki elə müharibə yeni başlayan dönəmdə İranın Ermənistana hərbi yardımlar etməsi xəbərləri yayılırdı. Təbii ki, İran bunların yalan olduğunu bəyan edirdi, amma görünən kəndə bələdçi lazım deyil.

Müharibə dövründə İranın Ermənistanda yerüstü və hava yolları ilə silah yardımı etməsini İranda yaşayan azərbaycanlılar da dəfələrlə bəyan edir, hətta buna qarşı etirazlar da edirdilər. Hətta bununla bağlı "telegram" kanallarında video və fotolar da yayılırdı.

Əhalisinin çoxu şiə olan İran din qardaşı adlandırdığı Azərbaycana yardım etməkdənsə, Ermənistanla müttəfiq olduğunu dəfələrlə bəyan edib. İran Ermənistanı bir vasitə kimi həmişə əlində saxlamağa çalışıb. Belə olmasaydı, Qarabağda yaşayan ermənilərə və işğqlçılara dəstək olunmazdı.

Müharibə dövründə Ermənistana dəstək verdiyini təkzib edən İran hər dəfə müxtəlif yollara əl atırdı. Hətta İranın əli altında fəaliyyət göstərən müxtəlif KİV Azərbaycan əleyhinə təhrif olunmuş məlumatlar dərc edirdi. Azərbaycanın "Bakı respublikası" adlandırılmasının da dəfələrlə şahidi olmuşuq.

Əgər İran Ermənistanın işğalçı siyasətinə zamanında etiraz etsəydi, hər şey fərqli olardı. İran da Türkiyə kimi bütün sərhədlərini bağlasaydı, onsuzda çökməkəd olan Ermənistan iqtisadiyyatı tamamilə məhv olardı. Ancaq biz bunu görmədik, hər zaman din qardaşımızdan dəstək gözlədik, ancaq reallıqda ayrı şeylər gördük. Belə olan təqdirdə, hansı dəstəkdən söhbət gedir?

Guya müharibə zamanı Azərbaycan tərəfdən suriyalı muzdluların, pakistanlıların döyüşməsi kimi dezinformasiyalar yayaraq cəmiyyətdə ajiotaj yaratmaq, digər dövlətlərin Azərbaycana qarşı yalan məlumatlarla qənaətlənməsinə səbəb olmağa çalışırdı.

Halbuki Azərbaycan müharibə zamanı öz ordusunun, hətta bəzən əliyalın mübarizə aparan mərd əsgərlərinin köməyi ilə Ermənistana qarşı döyüşürdü. Şuşanın işğaldan azad olunması zamanı əliyalın Azərbaycan ordusu bıçaqla düşmənin üzərinə gedib onları geri çəkilməyə məcbur etdi. Keçilməz relyefdə hər qarış torpağı üçün qanından, canından keçən Azərbaycanın mərd əsgərləri bu tarixi haqq döyüşündə layiqli qələbə qazandı. Hər kəsə hava-su kimi aydındır ki, Azərbaycan Qarabağ savaşında zəfəri Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və Azərbaycan Ordusunun əzmi ilə qazanıb.

Belə olan təqdirdə bütün Qafqazın şeyxinin bu açıqlması sual doğurur: Görəsən, Şeyx nəyə görə belə bir açıqlama ilə gündəmə gəlib? Axı, Xameneyinin belə bir fətvasına heç kim rast gəlməyib, əgər hər şey fətva ilə olsaydı belə, dünyada heç nə indiki kimi olmazdı. Müharibələri fətvalar yox, əsgərlər və rəhbərlər həll edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1400   Tarix: 22 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel