Boşanıb ata evinə qayıdan qadın QARDAŞ QATİLİ oldu –ƏSL SƏBƏB BİLİNDİ

Boşanıb ata evinə qayıdan qadın QARDAŞ QATİLİ oldu –ƏSL SƏBƏB BİLİNDİAğdaşda qardaşını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sonxeber.az xəbər verir ki, cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İstintaqla müəyyən edilib ki, ötən il noyabrın 12-də Xosrov kənd sakini Ü.Ələkbərova qardaşı Xancan Umarovu 9 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qardaşını öldürən qadın bildirib ki, 2016-cı ildə ailə həyatı qurub, iki övladı olub: "2019-cu ildə həyat yoldaşından boşanaraq ata evimə qayıtmışam. Evdə atamla və anamdan savayı qardaşım Xancan, bacım Jalə qalırdı. Qardaşım Xancan ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən o, hər gün mənlə və digər ailə üzvləri ilə dalaşırdı. Anamı, atamı, məni və bacımı yumruq-təpiklə döyürdü. Xancanın təxminən 6 il əvvəl ailəsi dağılmışdı. Həmin vaxtdan bəri ailəsinin dağılmasında hamımızı günahkar bildirdi. Bu səbəbdən bizə qarşı aqressiv idi. Onun elədikləri ilə bağlı Ağdaş rayon Polis Şöbəsinə müraciətlər etmişik. Sonuncu dəfə Xancan anamız Reyhanı döydüyünə görə Ağdaş rayon məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xancan 6 ay azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra yenidən yaşadığımız evə qayıdaraq mütəmadi olaraq məni və digər ailə üzvlərini nalayiq söyüşlərlə təhqir edirdi. Təxminən 1 ay müddətində Xancan ruhi-əsəb xəstəliyi ilə əlaqədar Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Mərkəzində müalicə olunub. Lakin xəstəxanadan qayıdandan sonra yenə öz əməllərindən əl çəkmədi. Məni və digər ailə üzvləri söyüb, döyürdü. Hətta hadisədən bir müddət əvvəl heç bir səbəb olmadan atamı söydü, daha sonra stəkanı onun başına çırpdı".

Ülkər Ələkbərova hadisə günündən danışıb. O deyib ki, hadisə günü övladları Səid, Rəşad və bacısı Jalənin azyaşlı övladı Uğurla birlikdə televizora baxıb:

"Həmin vaxt Xancan da evin 2-ci mərtəbəsində yerləşən otaqda idi. Ona yemək verdim. Yeməyini bitirəndən sonra çay və şirniyyat istədi. Ona dedim ki, evdə şirniyyat yoxdur. Bacımın uşaqlar üçün aldığı 3 ədəd şirinçörək var idi. Xancan onu istədi. Bildirdim ki, o şirniyyat evdə olan 3 uşaq üçün alınıb. Lakin o mənim dediklərimə məhəl qoymadan mebelin içinə qoyulmuş şirniyyatı götürmək istədi. Qabağına keçib imkan vermədim. Yenə dedim ki, uşaqların şirniyyatına əl vurmasın. Xancan həmin vaxt məni şillələməyə başladı, yumruqla sifətimdən vurdu. Saçımdan tutaraq yerə yıxdı və sürüməyə başladı. Onun əlindən çıxaraq o biri otaqda sobanın yanındakı mətbəx bıçağını götürdüm. Bıçağı götürməkdə məqsədim üstümə gələn Xancandan özümü qorumaq olub. Bu zaman bacım Jalə arxadan gələrək Xancanı saxlamaq istədi. Lakin o Xancana mane ola bilmədi. Xancan üstümə gələndə qolu istiqamətdən onu bıçaqla vurdum. Lakin o yaralanmasına baxmayaraq boğazımdan tutub məni boğmağa başladı. Bu zaman özümdən ixtiyarsız ona bıçaqla zərbələr vurdum".

Qadın bildirib ki, qardaşını öldürdüyünə görə peşmandır: "Onu öldürmək məqsədim olmayıb. Niyyətim özümü ondan qorumaq idi".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü. Ələkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib./Lent.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4492   Tarix: 27 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021