Sərxoş halda polisi döyən deputat Eldəniz Səlimov kimdir? - DOSYE

Sərxoş halda polisi döyən deputat Eldəniz Səlimov kimdir? - DOSYEXəbər verdiyimiz kimi, İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

Sonxeber.az xəbər verir ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:

"Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".

Xatırladaq ki, xəbəri ilk dəfə "Bakupost.az" saytı yayımlamışdı. Məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Deputatın tərcümeyi-halını təqdim edirik:

Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovnın atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məкtəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məкtəbi bitirib. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.

Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov, 2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində çalışdı. 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov, 2014–2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü vəzifəsində çalışıb. Eldəniz Səlimov, həm də, Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüкsemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub./AZXEBER.COM


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3145   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel
.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

Çernobıl qəzasından 38 il ötür

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür. 1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb. Hadisədən sonra həya

26 aprel
.

"Qismət-M House" MMC-yə yazılan protokola baxılacaq tarix açıqlandı: Yüksək məbləğdə cərimə

"Qismət-M House" MMC barəsində tərtib olunan inzibati protokola baxılacaq tarix açıqlanıb. -ın xəbərinə görə, sənədə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə mayın 8-də baxılacaq. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-c

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel