"Jirinovski öz çıxışına görə üzr istəməlidir" - AÇIQLAMA

"Jirinovski öz çıxışına görə üzr istəməlidir" - AÇIQLAMA"Jirinovskinin "Komsomolskaya pravda"ya verdiyi müsahibəsi qəbuledilməzdir və qarayaxma kompaniyası xarakteri daşıyır".

Bu sözləri Sonxeber.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Jirinovski öz çıxışına görə üzr istəməlidir:

"Rusiyada Jirinovski kimi şəxslər və ona yaxın dairələr 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbəmizi hələ də həzm edə bilmir. Bu istiqamətdə müxtəlif materiallar paylaşılır. İnformasiya seqmentində Azərbaycanı istəməyən qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə xələl yetirirlər. Burada erməni lobbisinin də mühüm təsiri var.

Erməni lobbisi əsasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri və onların maliyyəsindən qaynaqlanan media mənsubları Azərbaycan əleyhinə müxtəlif yazılar dərc edirlər. Biz bunun mütəmadi, sistematik şəkildə baş verdiyini görürük. Jirinovskinin də çıxışı Azərbaycan əleyhinə edilən çıxışlar silsiləsindəndir. Eyni zamanda, Jirinovskinin çıxışı həm də müasir beynəlxalq münasibətlər sistemində iki ölkə arasındakı bərabər hüquqlu münasibətlərə də mənfi təsir göstərir. Bu, Azərbaycan-Rusiya münasibətlərini dərindən sarsıdan bir çıxışdır. Ona görə də belə çıxışlara Rusiya dövləti düzəlişlər etməli və bu düzəlişlər siyasi xarakter daşımalıdır.

Jirinovski kimi siyasətçilər hələ ötən əsrdən öz aktivlikləri ilə seçiliblər. Müasir dünyada hər şey dəyişir, informasiya texnologiyaları həyatımıza təsir göstərir. Siyasi idarələrdə dəyişikliklərin olmasına baxmayaraq, Jirinovski kimi siyasətçilər dəyişmir. Bütün bunlara görə də Rusiyanın siyasi meydanında köhnə təfəkkürlü insanların yenilənməsinə ehtiyac var. Bu tip şəxslər şovinist maraqlardan, mühafizəkar dəyərlərdən çıxış edirlər. Onların çıxışları isə ikitərəfli münasibətlərə təsir edir.

Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyə hesablanan bu çıxış qəbuledilməzdir. Jirinovski öz çıxışı ilə bağlı üzr istəməli, dedikləri fikirləri təkzib etməlidir. Azərbaycan müstəqil siyasət yürüdür. Bu tip çıxışlar nəinki Cənubi Qafqaz dövlətləri arasında nifaq salmağa hesablanıb, həm də Rusiyanın bölgədə olan maraqlarını da zəiflədir. Rusiya dövləti Jirinovski ilə bağlı tədbir görməlidir. Əks təqdirdə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan bu cür çıxışlar artacaq".

Aytəkin Cəlali


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2665   Tarix: 02 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel