Qazi adından sui-istifadə edənlərə hansı cəza verilməlidir? - AÇIQLAMA
Son günlər cəmiyyətdə qazi adından sui-istifadə edən şəxslərin sayı artıb. Avtomobili dövlət nömrə qeydiyyat nişanı olmadan sürmək, "mən qaziyəmsə, mənə hər şey etmək olar" düşüncəsi ilə hərəkət etmək insanlar tərəfindən birmənalı qarşılanmır və sosial şəbəkələrdə bu tip hərəkətlər etiraza səbəb olur. Bəs bunun qanun çərçivəsində hər hansı bir cəzası mövcuddurmu?
Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bəzi dələduzlar qazilik adını o qədər aşağı salırlar ki, bu prosesin nəticəsində baş verən hadisələr cəmiyyətdə müəyyən dərəcədə o dəyərə münasibətin dəyişməsinə səbəb ola bilər:
""Qazi" sözünün müəyyən dərəcədə qafiyəsi "mütəvazi" sözündən ibarətdir. Yəni bir şəhid, bir qazi olmaq həm də necə bir alim, nə qədər böyük bir bilik sahibi olur olsun, bir mütəvazi təqdimat verirsə və gördüyü işi cəmiyyət naminə böyük fədakarlıq kimi qiymətləndirirsə, o insan heç vaxt bu addan sui-istifadə etmir.
Siz diqqət edirsinizsə, yüzlərlə şəhid ailəsi var ki, heç o qədər sıxıntılarını dilə gətirmirlər, göstərməyə çalışmırlar. Çünki bu Vətən üçün savaşda insanın qazandığı mərtəbəni başqası qazana bilmir. Qazilik də elədir. Onun qazandığı mərtəbəni başqa biri ömür boyu çalışır və qazana bilmir. Çünki həyat hamıya bu adı qazanmağı nəsib etmir. Belə bir vəziyyətdə kimsə belə edirsə, pulla Quran oxuyan mollaya bənzəyir. Yəni ki, Quran oxumaq bir savabdır. Quranla insanı tanışdırmaq bir savabdır. Allah sənə dil verib, ağıl verib, zəka verib və sən də Allahın kitabı barəsində insanlara bilgi verirsən. Bu bilgini pul ilə satırsansa, deməli sən Allahın verdiyi neməti doğru qiymətləndirməyən bir bəndəsən.
Qazi də, mənim fikrimcə, öz dəyərini belə aşağı salmaqla, cəmiyyətdə müəyyən dərəcədə o dəyərə münasibətin dəyişməsinə səbəb ola bilər. Elə davranmaq lazımdır ki, insanlar qazini görəndə ona qarşı ehtiram hissi duysunlar. Bilirsiniz ki, cəmiyyətdə həssaslıq var. İnsanlar avtobusa minərkən hansısa yaşlı bir qadını görəndə və ya yolu keçə bilməyən ahıl insanla qarşılaşanda mərhəmət hissiylə onlara kömək edirlər.
Məncə, bu cür hallar əslində bir az da medianın köməyi ilə ifşa olunmalıdır. Açıqlanmalıdır, cəmiyyətə göstərilməlidir ki, baxın, bu qədər böyük mərtəbəyə ucalmış bir qazinin adını hörmətdən salan dəyərsiz varlıqlar var.
Sui-istifadə etmək ümumiyyətlə olmaz, imtiyaz istəməyə gəldikdə isə, hamının ehtiyyacı və problemi var, amma qəhrəmanlar kimdənsə imtiyaz istəmir.
Siz diqqət edirsinizsə, 1992-ci ildən sonrakı dövrdə Birinci Qarabağ müharibəsində biz məğlub olandan sonra insanlar sanki yarışa girmişdilər. Hamı ad almaq üçün mübarizə aparırdı. Haqqı çatan insanlar almadı bu adı, amma haqqı çatmayan insanlar "Qarabağ veteranı", medallar və s. şeylər aldılar. Yəni bilirsiniz, haqqın çatmayan bir şeyi götürəndə, onun sonrakı cavabını vermək də çox çətin olur. Buna görə də, məncə, Vətən üçün edilən xidmətə görə çox haqq istəmə savaşına insanlar girməməlidirlər.
Təsəvvür edin, bir kəşfiyyatçının adı heç kimə bəlli deyil, amma o gedir döyüşür, şəhid olur. Ancaq onun qismətində şəhadətindən sonra qiymətləndirmə var. O da olacaq ya olmayacaq, qalıb insafa. Amma görürsünüz, o şəxs bu peşəni seçəndə bilinmir ki, onun sağlığında hansı iddialar qalacaq. Yüzlərlə elə kəşfiyyatçımız var.
Məncə, bu məsələni biraz aydınlaşdırmaq lazımdır ki, kimlər sui-istifadə edirsə, kimlər qanunu pozursa, bunun cavabını verilməlidirlər. Bu, qanunsuzluqdur və insanlara izah olunmalıdır. İzahla başa düşməyəndə cəmiyyətə çatdırmaq lazımdır ki, bu addan istifadə etməyin özü böyük bir ədəbsizlikdir. .
Biz qaziyə də, şəhidə də dəyər verməliyik. Yüksək səviyyədə cəmiyyətdə onlara ehtiram göstərilməlidir. Amma bu addan sui-istifadə yolverilməzdir.
Diqqət edirsinizsə, bir mağazanı, bir sahəni ələ keçirmək üçün on nəfəri çəliklə, dəyənəklə yığıb gətirirlər ki, bu, qazilərin haqqıdır və s. Belə hallar məhkəmə problemidir, müəyyən hüquq məsələsidir, çəliklə savaş məsələsi deyil. Ölkədə hüququn aliliyinə hörməti, birinci növbədə, bu Vətən üçün fədakarlıq göstərmiş insanlar göstərməlidirlər. İnsanlar onlardan nümunə götürməyə çalışmalıdırlar. Ona görə sui-istifadə hallarının olmaması üçün cəmiyyətdə müəyyən mənada izahedici tədbirlərin görülməsi şərtdir. Hazırda da bu məsələlərin işıqlandırılması və göstərilməsi ona görə vacibdir ki, bu adın ucuzlaşdırılmasına yol verilməsin. Bəzi dələduzların etdiyi bu səpkili hərəkətlər başqalarının da dəyərini azaldır.
Müharibədən sonra bütün ölkələrdə, xüsusilə də savaş qələbə ilə yekunlaşdıqda, belə prosseslər gedir. Amma bu, kimsəyə qanunsuzluq etməyə haqq vermir. Sənin qazi olmağın, sənin şəhidlik zirvəsinə ucalmağın onsuz da məndən üstün olmağın deməkdir. Niyə? Çünki Allah sənə bunu qismət edib. Sən Allah qatında ən üstün insanlardan birisən, amma bu üstünlük o demək deyil ki, sən başqa hərəkətlər edəsən.
Siz diqqət edirsinizsə, səmimi, savadlı dindar həmişə təvazökar olur, amma dini bilməyən dərhal meydana yürüyür, hay-küy salır, radikallıq edir, başqasının haqqını tapdalayır. Gerçək dindar isə başqasının haqqını tapdalamır. Eyni şey də qazilərə və digərlərinə aiddir. Ona görə də bu mübahisə zəmnində göstərmək lazımdır ki, getdikləri yol düzgün deyil və hamı bundan uzaqlaşıb, qanunlara tabe olmalıdır ki, müəyyən mənada xaosa və qarışıqlığa cəmiyyətdə yol verilməsin".
Rafi Müslümov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?
Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
Dünyada neçə pişik var? Hesablamalar aparılıb
Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?
Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
Südə limon suyu sıxanda görün nə baş verir - Marketə getməyə ehtiyac qalmadı - VİDEO
Sevil-Sevinc "ana oldu" - FOTO
Nərimandan tənqidlərə "cavab"
TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək
Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ
Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ
"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
Paytaxt restoranlarında Yeni il qiymətləri
Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU