"Pfizer-BioNTech" ən effektivdirsə, "Sinovac" vurdurmaq bizi geriyə salırmı? - AÇIQLAMA
Məlumata görə, koronavirus peyvəndləri arasında ən güclüsü "Pfizer-BioNTech" vaksinidir. Belə olan halda sual yaranır ki, nəyə görə poliklinikalarda o peyvənd yoxdur və yalnız özəl klinikalarda vurulur? Eyni zamanda, əgər peyvəndlər arasında ən güclüsüdürsə, niyə yalnız "Pfizer-BioNTech" vaksinindən istifadə olunmur?
Sonxeber.az olaraq, suallarımızı infeksionist Nicat Əzimliyə yönləndirdik.
O, mövzuyla bağlı bildirib ki, "Pfizer-BioNTech" vaksininin "COVİD-19"un ilkin variantının üzərində effektivliyi birinci yerdədir:
"Bəli, ortaq fikir budur ki, ən güclü vaksin "Pfizer-BioNTech"dir, amma bu barədə müqayisəli araşdırma hələ aparılmayıb. O səbəbdən, dəqiq deyə bilmərik ki, bu vaksin "Sinovac" və ya digər vektor vaksinlərindən 100% daha yaxşıdır.
Amma niyə poliklinikalarda "Pfizer-BioNTech" peyvəndinin vurulmadığının ən doğru cavabını vaksinasiyanı təşkil edən dövlət qurumları verə bilər. Bu, tibbi səbəblərə görə deyil, bəlkə də, peyvəndin ölkəyə ilkin idxalında Çin istehsalı olan vaksinə üstünlük verildiyinə görə ola bilər.
Əlbəttə, bu, yenə də mənim şəxsi ehtimalımdır. "Pfizer-BioNTech" ən effektiv olduğu halda, "Sinovac"ın vurulması bizi geriyə salıb-salmadığı ilə bağlı dəqiq araşdırmanın olmadığı üçün hazırki vaksinasiyanın yalnış istiqamətdə getdiyini demək doğru olmaz".
İnfeksionist eyni vaksinin 3-cü dozasını istifadə etməyin daha məqsədəuyğun olduğunu da vurğulayıb:
""Pfizer-BioNTech" vaksinində 3-cü doza istifadə oluna bilərmi? Tibbi olaraq göstəriş və təhlükə varmı? Bu barədə deyə bilərəm ki, "Pfizer-BioNTech"in də 3-cü dozasının vurulmasının heç bir əks göstərişi hələ məlum deyil, ona görə də istifadə oluna bilər. Lakin mənim öyrəndiyim son informasiyaya əsasən, eyni vaksindən istifadə olunması daha məqsədəuyğundur. Digər tərəfdən, müxtəlif vaksinlərdən istifadə olunduqda anti-cinsmlər daha çox olur. Fərqli vaksinlərdən istifadə etməyin yan təsirləri haqqında da araşdırmalar yoxdur. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, eyni vaksinin 3-cü dozasını istifadə etmək daha məqsədəuyğun sayılır".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Sabah hava necə olacaq?
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO