32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Deşam və Blan da daxil olmaqla, əvvəlki beş fransız məşqçisi qələbə ilə başlaya bilməyib
Zinəddin Zidan Fransa milli komandası ilə əfsanəvi tarixində yeni bir fəsil açıb. Baş məşqçi kimi debütündə 54 yaşlı mütəxəssis komandanı Türkiyə üzərində səfərdə 1-0 hesablı qələbəyə aparıb.
Yeganə qolu 54-cü dəqiqədə Kilian Mbappé vurub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu qələbə Zidana fransız məşqçilərinin 32 ildir gözlədiyi bir uğuru təkrarlamağa imkan verib. Sonuncu dəfə yeni baş məşqçi debüt oyunun 1994-cü ilin fevralında qazanıb.
O zaman Eme Jake karyerasına İtaliya üzərində səfərdə möhtəşəm 1-0 hesablı qələbə ilə başlayıb. Neapolda Yuri Corkaeff yeganə qolu vurub. Dörd il sonra Jake Fransaya ilk Dünya çempionu titulunu qazandırıb.
Bu hekayənin xüsusi bir simvolizmi var. Həmin oyundan altı ay sonra Zidan Fransa millisində oyunçu kimi debüt edib. Otuz iki il sonra Zinəddin keçmiş müəlliminin məşqçilik uğurunu təkrarlayıb.
Onlar arasında beş baş məşqçi karyeralarına qələbə ilə başlamağa çalışıb və heç biri buna nail ola bilməyib:
• Roje Lemerr, 1998 - Avstriya, 2-2;
• Jak Santini, 2002 - Tunis, 1-1;
• Raymon Domenek, 2004 - Bosniya və Herseqovina, 1-1;
• Loran Blan, 2010 - Norveç, 1-2;
• Didye Deşam, 2012 - Uruqvay, 0-0.
Beləliklə, Jak və Zidanın qələbələri arasında fransız məşqçilər debüt oyunlarında dörd dəfə heç-heçə edib və bir dəfə məğlub olublar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1284 Tarix: 28 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrRomanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"
14 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabr