Ərindən boşandı, əxlaqsızlıqdan əl çəkmədi - Qubada qızını öldürən ata - Təfərrüat

Ərindən boşandı, əxlaqsızlıqdan əl çəkmədi - Qubada qızını öldürən ata - TəfərrüatQubada qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm İmanquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Barlı kəndində baş verib.

1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm İmanquliyev bildirib ki, Barlı kəndindəki evində həyat yoldaşı, oğlu və qızı ilə yaşayıb. Zeynəb təxminən 2010-cu ildə ailə həyatı qurub və nigahdan 2 övladı dünyaya gəlib. 2017-ci ildə Zeynəb ər evindən qaçıb. Bir neçə dəfə yoldaşı onun telefonunda yad kişilərin nömrəsini görüb. Bu zəmində aralarında yaranan mübahisələrdən sonra onlar boşanıblar. Qızının ərinə qarşı etdiyi hərəkətlərə görə Məhərrəm onların ayrılmalarına etiraz etməyib. Bütün səhvləri öz qızında görüb.

Məhərrəm İmanverdiyev bildirib ki, boşandıqdan sonra qızını öz evinə gətirib, uşaqlar isə atasının evində qalıb.

"Qızıma əxlaqsızlıqla məşğul olmamasını, ər evində etdiyi xoşagəlməz hərəkətləri təkrar eləməməyi və məni kənddə biabır etməməyi tapşırdım. O isə mənə həmin hərəkətləri təkrarlamayacağını bildirdi.

Lakin söz versə də, Zeynəb yenə də öz əxlaqsız hərəkətlərini davam etdirdi. Hətta bir gün axşam pəncərənin dəmir barmaqlıqlarını sökərək evdən çıxıb getdi və bir müddət qayıtmadı", - o söyləyib.

Bununla bağlı Məhərrəm polis şöbəsinə müraciət edərək ərizə yazıb.

Aparılmış araşdırmalar zamanı müəyyən olunub ki, qızı Xaçmaz rayon sakini olan bir kişi ilə qaçıb. Yenə də Zeynəbi tənbeh edərək onu bağışlayıb.

Qızı boşanıb atası evinə qayıdan zaman onun mobil telefonu olmayıb. Kənar şəxslərlə danışmaması üçün Zeynəbə telefon işlətməyə icazə verməyib.

Oktybarın 31-i səhər saatlarında arvadı və oğlu qonşuluqda yaşayan qardaşının evinə gediblər. Məhərrəm ayaqyoluna gedən zaman Zeynəbin kiminləsə telefonla danışmasını eşidib:

"Eşitdim ki, kiminləsə telefonla danışır. Tutdum qolundan apardım evə. Dedim telefonu çıxart. Dedi məndə telefon yoxdu. Axtardım üstündən tapdım. Qaçmaq istəyəndə tutdum boğazından yıxdım yerə oturdum üstünə iki əlimlə boğmağa başladım".

Məhərrəm İmanquliyev ifadəsinin davamında bildirib ki, xırıldamasını eşidən kimi ayağa qalxıb və sağ ayağı ilə boğazından möhkəm sıxaraq onu öldürüb.

Cinayəti törətdikdən sonra qardaşı evinə gedərək arvadı və oğluna Zeynəbi öldürdüyünü deyib sonra isə polisə zəng edərək hadisə barədə məlumat verib.

Məhkəmə prosesi zamanı Məhərrəm İmanquliyev ittiham üzrə özünü təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Məhərrəm İmanquliyev CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3269   Tarix: 31 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

Bayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat

"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi

19 dekabr
.

"3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir" - Vüqar Qurbanov

"Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır". Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Narınginin qiymətindən narazı olan aktyora məsləhət: "Neftçilər metrosuna get"

Aktyor Sərxan Kərəmoğlu narınginin bahalığından gileylənib: "Narıngi Lənkəranda 30-40 qəpikdir, şəhərdə 3 manat. Kəndli öz meyvəsini gətirib şəhərdə sata bilmir. Ancaq bir yarmarkada qiymətlər bir az aşağıdır. Bakı boyda şəhərin camaatı yalnız yarmarkadan alış-veriş etməlidir? Mən ayda 3-5 min qazana

19 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr