"Qızım mənə boşanmaq istəyirəm deyəndə, dözməyini istədim" - Aytənin evindən VİDEO

"Qızım mənə boşanmaq istəyirəm deyəndə, dözməyini istədim" - Aytənin evindən VİDEO2 gündür mətbuatın və sosial şəbəkələrin gündəmini növbəti ailə faciəsi zəbt edib. 23 yaşlı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümü hər kəsi sarsıdıb.

Ölüm faktı ilə bağlı iddialar müxtəlifdir.

Aytənin həyat yoldaşı Rəhman Niftəliyev də "instagram"da canlı yayım açaraq hadisə haqda danışıb. Hər iki tərəf bir-birini ittiham edir. Baş Prokorurluğun hadisə ilə bağlı rəsmi açıqlamasında deyilir:

"Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı - 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər".

AZXEBER.COM əməkdaşları Aytənin Sumqayıtda yerləşən ata evində olublar. İlk olaraq Aytənin anası Mehriban Süleymanova ilə söhbətləşdik:

- Rəhmanla Aytənin münasibəti necə idi? Şiddət, döyülmə halları çox olurdu?

- Nişanlı vaxtından bu kimi hadisələr baş verirdi. Nişanlı vaxtı da qızı bir neçə dəfə döyüb. Qızımıza deyirdik ki, onunla ailə qurma, Aytən isə həmişə onu müdafiə edirdi, deyirdi düzələcək. Eşitmədi bizi. Heç cürə razılaşdıra bilmədik ki, ona ərə getməsin. Atası "sonda qoşulub qaçar biabır olarıq" deyə onun Rəhmanla ailə qurmasına razı oldu. Mən heç razı deyildim. Rəhman bir dəfə də nişanını qaytarıb. Bunu bildikdən sonra "bəlkə hər hansı problemi var, gəl bu yoldan dön dedim" qızıma. Ancaq eşitmədi bizi. Nişanlı vaxtı Rəhman anasıgilin yanında da döyüb qızımı. Qızımı qorxudurdu ki, bu haqda heç kim bilməsin. Mən bunların hamısını sonradan bilmişəm. Hər zaman Aytən onların gözündə təqsirkar idi. Aytənin atası rəhmətə gedəndən sonra deyirdi ki, daha onu döymürlər. Amma hadisə baş verən gün Rəhman zəng elədi ki, Aytən məni bezdirib, gəlin aparın. Zəng edəndə uşaq da ağlayırdı. Uşaq ağlayırdısa bilirdim ki, Aytəni döyüb.

- Bəs Aytən döyülməsi haqda sizə demişdi? O boşanmaq istəyirdi?

- Atasının ili çıxdıqdan sonra Aytən daha dözmədiyini, mənə boşanmaq istədiyini bildirdi. Dedi ki, daha biz ailə deyilik, Rəhman qapanıb otağa, bizə vaxt ayırmır. Ancaq dərs deyir, bizi özündən uzaqlaşdırır. Ailəsi ilə maraqlanmır. Aytən də onu qısqanmağa başlamışdı. Xəyanət etdiyindən şübhələnirdi. Bir qız söhbəti olduğunu, mesajları gördüyünü deyirdi. Bütün bunları bizə gələndə danışmışdı. Mənə boşanmaq istəyirəm deyəndə, dözməyini istədim. Dedim sonra "anası ailə dağıdır" deyərlər, döz, hər ailədə olur problem. Soruşdum ki, döyür yenə səni? Dedi yox, ancaq bilirdim ki, əvvəllər hətta hamilə olduğu vaxtlarda da çox pis döyüb Aytəni. Dedim, get danışarıq. Daha sonra taksiyə mindirib, qızımı evə yola saldım. Bir az sonra Aytən evə çatdığını bildirdi. Daha sonra isə Rəhman zəng elədi. Uşağın çığırtısı evi bürümüşdü. Bildim ki, Rəhman Aytəni döyür. Aytənin qayınanası isə bildirdi ki, qızın məni döyüb, gəl dəlini apar. Mən də hər zaman qızımı incitməmələri üçün onlara artıq söz deməmişəm. Mənim qızımla danışmaq ixtiyarım olmayıb. Hər zaman qayınansından qızımı soruşmuşam. Zəng edəndə də səs ucaldan qoyublar, hər kəsin yanında qızımla danışmışam. Son zamanlar bezmişdim. Təhqir etdikləri üçün zəng də etmirdim. Atası rəhmətə gedəndə heç yasına gətirmədilər balamı. Atası üçün ağlayanda ona acıqlanırdılar. Gizlində ağlayırmış qızım.

- Aytəni xəstəxanada son dəfə görəndə o sizə nə dedi?

- Mən qızımı elə görəndə həyəcanlandırmaq istəmədim. Olanları bacıma danışmışdı. Bir onu dedi ki, mama almacıq sümüyüm sınıb. Dedim heç nə olmaz. Qızım qorxurdu, deyirdi yenə gələrlər üstümə. Mən balalarıma həsrət qalmışdım. Bizə iki dəfə gəlib, gedəndən sonra dava düşüb. Ancaq toyda, qonaqlıqda nəvəmi görürdüm. Hər zaman baş qoşma, düzələcək deyirdim. Rəhman da öz səhvini anlayacaq deyirdim.

Mərhumun qardaşı İlkin Süleymanov da hadisəylə bağlı AZXEBER.COM-un əməkdaşına danışıb: "Hadisə baş verəndə mən Şəkinin Baş Günnük kəndində idim, telefon vasitəsilə məlumat aldım. Bu mənə gələn ilk telefon zəngi deyildi. Günorta anam zəng elədi ki, taksi çağır, mən Badamdara getməliyəm. Ora niyə getməli olduğunu soruşanda, anam bildirdi ki, deyiblər gəl Aytəni apar, dava çıxıb. Rəhman anama zəng edib bildirib ki, ondan boşanıram. Daha sonra bacımın qayınanası anama təhqiramiz sözlər deyərək anamı gəlməsi üçün tələsdirib. Taksi çağırdım və anamı Badamdara aparmasını istədim. Anamgil ora çatanda evdə heç kimin olmadığını görüblər. Qonşular bildirib ki, xəstəxanya getdilər. Bizə ilkin olaraq deyildi ki, bacım uşaqla birlikdə özünü ikinci mərtəbədən atıb. Biz Aytənin huşu yerinə gələnə və ifadə verənə qədər həqiqət olaraq bunu bilirdik. Aytən özünə gələndən sonra biz öyrəndik ki, Aytəni ikinci mərtəbədən deyil, evin ən üst mərtəbəsindən əri uşağı ilə bərabər atıb. Uşaq yerindəcə keçinib. Aytən dərhal yerə düşməyib. Tutunub qalmağa çalışıb və yoldaşından kömək istəsə də, Rəhman ona kömək etməyib. Mən hadisə haqda biləndə donmuş vəziyyətdə idim. Qardaşıma zəng edib hadisə haqda bildirmişdim ki, orada olsun. Sonra əmimə zəng edib bildirdim. Aytənin qayınanası anama hücum çəkərək deyib ki, bunların baş verməsinə səbəb sən oldun. Sən qızının başını doldurdun.

İlkin Süleymanov deyir ki, bacısı öz istəyi ilə ailə qurub: "Aytən öz istəyi ilə ailə qurmuşdu. Biz Rəhmanın problemli olduğunu yəqin edirdik. Bu haqda mən valieynlərimə də bildirmişdim. Sadəcə olaraq bacım istədiyi üçün, ona görə aclıq aksiyası da etmişdi. Bütün bunlardan sonra atam məcbur qalıb bu münasibətə razılıq verdi. Atam rəhmətə gedənə qədər hər ailədaxili problemi böyüdüb, bizə bildirirdilər. Bütün bu hadisələrdən sonra atam daha da zəiflədi. Keçən il koronavirusa yoluxdu və rəhmətə getdi. Atam rəhmətə getdikdən sonra ara sakitləşmişdi. Yəni, bunu biz belə bilirdik. Bizə heç bir məlumat vermirdilər. Ancaq biz əminik ki, evdə problemlər olub. Bizə xoşbəxt ailə təəssüratı yaratmışdılar. Atamın ili çıxdıqdan sonra ailədaxilində baş verən problemləri yenidən öyrənməyə başladıq. Biz ailədə qısqanclıq problemi olduğunu öyrəndik. Ailəsinə vaxt ayırmayıb. Aytən ayılan kimi ilk işlətdiyi sözləri "almacıq sümüyüm sınıb, qara ciyərim dağılıb və əməliyyat olunmuşam" oldu. Şok vəziyyətində idi. Daha sonra uşağını məndən və xalamdan soruşdu. Bildirdim ki, uşaq da səninlə bərabər xəstəxanadadır. O, ölənə qədər bilmədi ki, övladı dünyasını dəyişib. Aytən hadisə haqda rəhmət getməzdən bir gün öncə vəkilə videoformatda izahat verib və hadisənin necə baş verdiyini bildirib. Son olaraq mən inanıram ki, haqq-ədalət öz yerini tapacaq, günahkarlar öz cəzasını alacaq". Hadisə ilə bağlı Aytənin həyat yoldaşı Rəhman Niftəliyev də münasibət bildirib. O "instagram"da canlı yayım açaraq bu sözləri deyib: Bu hadisə ilə bağlı nə paylaşılırsa, hamısı əsassızdır, heç birində fakt, dəlil yoxdur. Paylaşanların hamısına yazmışam ki, sübut elə. Mənə deyirlər ki, "sənin balan dünyasını dəyişib, sən burada fakt istəyirsən". Qoyursunuz ki, yasımı saxlayım? Bütün Bakıda biabır olmuşam, balamın yasını saxlaya bilmirəm. Bu qədər yetər. Məni balamın qatili adalandırırdılar, gördülər o söhbət yetmədi. Söhbəti dəyişdilər, indi də intihar deyirlər. Ədalət yerini tapacaq. Mən sübutlarımı tam şəkildə əlimdə saxlamışam və lazımı anda, lazımı yerlərə verəcəyəm. Bu gün axşam Aytənin valideynini, qardaşlarını canlı yayıma dəvət edəcəyəm. İttihamlarını soruşacağam. Mən heç kəsi ittiham etməmişəm, əgər əlimdə fakt varsa, bunu hüquq-mühafizə orqanlarına verərəm, orada-burada yaymaram. Onların işi ancaq qışqırmaq və qara yaxmaqdır. Dünyasını dəyişmiş balamın ruhuna hörmətsizliyə dözə bilmirəm və deyirəm ki, axşam danışacağam. Mənim yoldaşım və övladım dünyasını dəyişib, özüm də "qatil" adlandırılıram, amma fakt yoxdur. Bu gün nələr çəkdiyimə heç kim baxmır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5208   Tarix: 03 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb

Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində

19 dekabr
.

Bir ildə 13 milyonluq sifariş - "Ultra Technologies" "tender kralı"na çevrilir

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "Ultra Technologies" şirkəti cari ildə 16 tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, həmin tenderlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnnovasiya və Təchiza

19 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Bu restoranların menyularında "dəvə qutabı" olsa da, özü yoxdur... - Fotolar

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib. "Qafqazinfo" xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəv

20 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr