"Ayın 4-ü evə buraxıldı, 5-i öldü" - Həkimləri ittiham edirlər

"Ayın 4-ü evə buraxıldı, 5-i öldü" - Həkimləri ittiham edirlərQax rayonunun Turaclı kənd sakini Aynurə Seyidəliyeva bir neçə ay öncə əməliyyat olunan və daha sonra vəfat edən qayınanasının ölümündə həkimləri günahlandırır.

"Qafqazinfo"ya müraciət edən Aynurə Seyidəliyeva Avropa Beynəlxalq Hospitalının həkimi Sevinc Babayeva tərəfindən əməliyyat olunan 71 yaşlı Ayşad Seyidəliyevanın səhlənkarlıq səbəbi ilə həyatını itirdiyini iddia edib.

Onun sözlərinə görə, xəstə ayağındakı sağalmayan yara ilə bağlı Qaxdan Bakıya gətirilib: "Şəkidə keçirilən doppler müayinəsində damarların quruduğu, yaranın da buna görə sağalmadığı bildirildiyi üçün Bakıda damar əməliyyatı təyin olunub. Ayşad Seyidəliyeva aprelin 15-i icbari tibbi sığorta göndərişi ilə Avropa Beynəlxalq Hospitalında həkim-invaziv radioloq Sevinc Babayeva tərəfindən əməliyyat olunub.

Əməliyyat başlayandan sonra həkimin assistenti Ramidə telefonla əlaqə saxlayaraq 600 manat ödəniş tələb edib. Biz bildirdik ki, axı bu icbari sığorta göndərişi ilə xəstə əməliyyat olunur. Bizə dedilər ki, "nə olsun? Həkimin hörmətini etmək lazımdır". Püstə adlı xanım gəlib bizdən 600 manat pulu aldı. Bu xanım Avropa Hospitalında müdir müavini işləyir. Biz ödənişi rəsmi qaydada ödəmək istədiyimizi tələb edəndə pulu əldən ödəməyimizi dedilər. Xəstəmiz də əməliyyatda idi və biz o anda həkim deyəni etdik. Birinci əməliyyat yaxşı keçdi, nəticəni də 15 günə görürdük. Həkim bildirdi ki, daha yaxşı sağalması üçün ikinci ayaq da əməliyyat olunmalıdır".

"Ayın 4-ü evə buraxıldı, 5-i öldü" - Həkimləri ittiham edirlərŞikayətçi qayınanasının ikinci əməliyyat üçün aprelin 29-u yenidən xəstəxanaya çağırıldığını söyləyib. İddialara görə, heç bir analiz götürülmədən xəstə əməliyyata alınıb və gecə yenidən 600 manat tələb olunub. Daha sonra məbləğ 500 manata endirilib. Ailə ümumilikdə iki əməliyyata 1100 manat qeyri-rəsmi ödəniş etdiyini bildirir: "Əməliyyatdan sonra "səhər saat 10-da xəstənizi gəlib çıxararsız" dedilər. Deyilən vaxtdan 30 dəqiqə gecikmişdik, gördük ki, xəstə dəhlizdə oturub bizi gözləyir. Rəngi ağarmış və halsız vəziyyətdə idi. Dedilər əməliyyatdan yeni çıxdığı üçündür, düzələcək. Eyni qayda ilə ilk dəfə olduğu kimi Sevinc Babayevadan xəstə haqqında heç bir məlumat almaq mümkün olmadı.

İkinci əməliyyatdan sonra qayınanamın vəziyyəti ağırlaşdı, qan təzyiqi düşdü və qarnı şişdi. Həkimə məlumat verilsə də, "əməliyyatdan sonra normaldır" cavabını aldıq. Daha sonra o, MRT müayinəsinə göndərildi və məlum oldu ki, ikinci əməliyyat zamanı damar zədələnməsi nəticəsində daxili qanaxma baş verib".

Mərhumun gəlininin sözlərinə görə, daha sonra məlum olub ki, ikinci əməliyyatı həkimin özü yox, köməkçiləri edib: "Amma həkim özü bunu inkar etdi. İcbari sığorta xəstəni "Kəpəz Hospitalı"na göndərdi. Biz icbari sığorta göndərişi ilə getdiyimizə baxmayaraq, Seymur Musayev bizdən 2500 manat pul tələb etdi, məsələni aydınlaşdırdıqda isə qalmaqal yaratmağa çalışdı. Sonradan xəstəmiz digər palataya köçürüldü, başqa həkimə həvalə olundu. Bizdən 150 manat palata pulu alındı".

Aynurə Seyidəliyeva qeyd edib ki, xəstə mayın 4-ü evə buraxılıb, lakin mayın 5-i vəziyyəti kəskin pisləşib. Təcili yardım çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, hadisənin həkim səhlənkarlığı nəticəsində baş verdiyini iddia edib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa müraciət olunduğunu deyib.

Məsələ ilə bağı mövqeyini öyrənmək üçün Seymur Musayevlə əlaqə saxlasaq da, o bu hadisədə adının hallanmasını istəmədiyini bildirdi.

İlk əməliyyatı icra edən Sevinc Babayeva isə ümumiyyətlə, müraciətimizə cavab vermədi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2250   Tarix: 03 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yağış, bölgələrdə leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

9 sentyabr
.

Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT

Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib

10 sentyabr
.

Əvvəl qıraqda, indi metronun girişində: Azyaşlıların diləndirilməsində yeni metod?

Metronun "Koroğlu" stansiyasının girişində azyaşlının sərnişinlərin hərəkət hissəsində dilənçilik etməsi narazılığa səbəb olub. -a daxil olan məlumata əsasən, uşağın anası yaxınlıqda dayanaraq ona kənardan nəzarət edir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb

9 sentyabr
.

Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub

İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman

9 sentyabr
.

Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA

Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəz

9 sentyabr
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

9 sentyabr
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

10 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali

10 sentyabr