ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var
Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?
Bakı Şəhər Narkoloji Mərkəzin həkim narkoloqu, Almaniyada təcrübə keçən həkim Pərvin Abbaslı Sonxeber.az-a narkotikdən asılılığın müalicəsindən danışıb.
O bildirib ki, əsl adı metamfetamin olan "patı" narkotik maddəsinin qəbulu infarkt və insulta, psixoza, hallüsinasiyalara gətirib çıxarır:
""Patı" narkotik vasitəsi çox təhlükəli sintetik maddədir. Uşaqlarda hiperaktivliyin müalicəsində istifadə olunan "Ritalin"in də tərkibində az miqdarda bu sintetik maddədən olmasına baxmayaraq, metamfetamin ayrılıqda çox zərərli maddədir.
Qeyd edək ki, "Ritalin" preparatı psixostimulyantların qrupuna aid bir dərman məhsuludur".
Narkoloq bu xəstələrin müalicəsində ilkin olaraq xəstəyə motivasiya verilməli olduğunu söyləyib:
"Narkotik aludəçisi olan xəstəni ilk öncə müalicənin effektivliyinə inandırmaq lazımdır ki, o, müalicə olunmaq istəsin. Çünki istəməsə, biz ona heç cür kömək edə bilmərik. Müalicə bir neçə mərhələdən ibarətdir, medikamentoz dərman vasitəsi ilə, detoksla (yəni bədənin yuyulması mərhələsi) və psixoterapevtik metodlarla yanaşı aparılır. Bundan başqa, sonrakı mərhələlərdə xəstə istəyərsə, reabilitasiya mərkəzlərinə də gedə bilər, seanslarla psixoterapiya dəstəyi də ala bilər.
Bu narkotik vasitəsi sintetik maddə olduğundan fəsadları olduqca təhlükəlidir. Narkomaniya çətin sağalsa da, müalicəsi var. Lakin müalicədə əsas şərt odur ki, çox tez üstünə düşülsün. Geçikmiş hallar daha ağır fəsadlar törədir. Bu səbəbdən xəstə vaxtında müalicə olunarsa, orqanizm daha az, qalıcı olmayan fəsadlarla ötüşə bilər".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4938 Tarix: 07 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabrBakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb
Bakıda onlayn qumar oynayan stamatoloq saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Bakı şəhərində anadan olmuş E.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, E.R. 2025-ci ilin iyul ayının əvvəllərində
19 dekabr"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI
Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl
19 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrNazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye
20 dekabr