"Cəmil Babayev psixi xəstədir, ona niyə cinayət işi açılıb? - Aqil Abbas
Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb.
Bu barədə Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, C.Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılıb.
C. Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib.
Bundan öncə isə Müdafiə Nazirliyinin rəsmi açıqlamasında əsgər Cəmil Babayev haqqında cinayət işi başlanılması və, araşdırma aparılmasl qeyd olunmuşdu.
Milli Məclisin deputatı Aqil Abbas məsələylə bağlı AZXEBER.COM-a açıqlamasında cinayət işinin nəyə görə açıldığını anlamadığını deyib:
"Cəmil Babayevə nə cinayət işi açıla bilər? Hansı maddə ilə ona cinayət işi açılır? Dövlət sərhəddini pozubmu, adam öldürübmü, nə edib?"
Deputat Cəmil Babayevin psixi xəstə olduğunu deyib:
"O adam sadəcə olaraq, psixi xəstədir və buna görə də xəstəxanada yatıb. Xəstəxananı da durub qanunsuz tərk edib. Buna görə niyə cinayət işi açılmalıdır? Ermənilər də ona cinayət işi açıb, biz də cinayət işi açaq? İndi onu qaytardılar, iki erməni ilə də dəyişdilər. Əslində iki erməni ilə dəyişilməsi də başqa bir mövzudur. O, hara gedib, Ağdərəyə gedib, Azərbaycan torpağına gedib. Bilmirəm, bəlkə heç dədəsi, nənəsi orada yaşayıb. Məsələ burasındadır ki, ona hansı maddə ilə cinayət işi açılıb? Xəstəxananı qanunsuz tərk etdiyinə görəmi? Psixi xəstədir, durub gedib, bəs yaxşı o xəstəxananın nəzarətçiləri harada idi? O gedəndə təhlükəsizlik işçiləri niyə baxmayıb? Onlara cinayət işi qaldırılmalıdır, xəstəyə yox".
Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib və Ağdərədə saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1908 Tarix: 08 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi
Hərbi Prokurorluqda 21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır. Bu barədə -a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfa
18 dekabrYadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)
Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra
18 dekabrNazirdən iki təyinat
Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisas
18 dekabrMeyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar
Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi. Qeyd edək ki, 18 yaşlı Müşfi
18 dekabrHəyat yoldaşına qaraciyərini bağışladı: "Canım idi, ciyərim oldu"
Şanlıurfalı Necmettin Şen uzun illərdir sağlamlıq problemi yaşayan həyat yoldaşı Makbule Şenə qaraciyərini bağışlayaraq onun yenidən həyata qovuşmasına səbəb olub. türk mediasına istinadən xəbər verir ki, Diyarbəkirin Çermik rayonunda yaşayan Makbule Şen 17 ildir davam edən səhhət problemləri səbəbil
18 dekabr"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibb
18 dekabrTanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Vətəninfo.az xəbərinə görə, illərdir kosmetoloq kimi çalışan, öz sahəsi üzrə "marifləndirici" məsləhətlər verən Əmirova, artıq incidiyini bildirərək daha video çəkməyəcəyini bildirib. Kosmetoloqun paylaşdığı bu "son" videoyaya isə xeyli sayda şərh gəlib. Şərhlərin əksəriyyəti tanınmı
19 dekabr