"103" və BNA qaynar xətlərə niyə cavab vermir? - SƏBƏB və TƏKLİFLƏR

"103" və BNA qaynar xətlərə niyə cavab vermir? - SƏBƏB və TƏKLİFLƏRArtıq elan etmişik ki, deputat Rüfət Quliyevlə "Deputatla jurnalist araşdırması" layihəsinə başlamışıq. Layihə çərçivəsində müxtəlif sosial problemlərin kökü araşdırılıb tapılır və həlli istiqamətində araşdırılma aparılıb, məqbul təkliflər irəli sürülür. İlk araşdırmamız çağrı mərkəzlərinə cavab verilməsi ilə bağlı oldu.

Xəbər verdiyimiz kimi, keçən həftə insanların ən çox müraciət etdiyi dövlət qurumlarının qaynar xəttinə cavab verilib-verilməməsini yoxlamaq üçün onların hər birinə zəng vurduq. Təkrar olaraq, zəngimizə cavab verməyən qurumları təqdim edirik:

1. Təcili Tibbi Yardım - 103
2. Bakı Nəqliyyat Agentliyi - 141, 012-404-41-20
3. TƏBİB - 1542
4. Azərsu - 955
5. XİN - 012-596-90-00

Tənqid məsələni qabartsa da, problem üçün həll yolu deyil. Bu gün Təcili Tibbi Yardım və Bakı Nəqliyyat Agentliyinin niyə qaynar xətlərə cavab verməməsini araşdırdıq.

Təcili Tibbi Yardımın çağrı mərkəzi niyə vaxtında cavab vermir?

Deputat Rüfət Quliyev "103" çağrı mərkəzinin niyə zənglərə cavab verməməsi ilə bağlı Rauf Nağıyevlə əlaqə saxlayıb. Rauf Nağıyev bildirib ki, texniki və kadr çatışmazlığı səbəbindən qaynar xəttə gec cavab verilir və yaxud da zənglər bəzən heç cavablandırılmır:

"Problemlərdən biri odur ki, telefonlar 2007-ci ildən quraşdırılan telefonlardır. İndi isə zənglərin sayı daha da artıb və köhnə telefonların gücü çatmır. Bu isə ona görədir ki, hər gün1502 zəng əvəzinə 15 min zəng olunur. Eyni zamanda, Təcili Tibbi Yardımın istifadəsində 139 maşın var. Onlardan isə texniki səbəblərə görə maksimum 110-120-si istifadə olunur".

Bununla bağlı, jurnalist olaraq, bizim və Rüfət Quliyevin təklifi odur ki, Təcili Tibbi Yardımın qaynar xətti ayrılsın. Hazırda pandemiya dövrüdür və "103" daha çox istifadə olunan və bilinən olduğu üçün sırf "COVID-19" xəstələrinin müraciətinə baxsın. Digər xəstələr üçün isə əlavə bir qaynar xətt yaradılsın.

Bakı Nəqliyyat Agentliyi niyə zənglərə cavab vermir?

Bu məsələ ilə bağlı isə qurumun mətbuat katibi Mais Ağayev bildirib ki, zənglərin sayının çoxluğundan bəzi vaxtlar yubanmalar ola bilir:

"Axşam pik saatlarda və gündüzlər zəng sayı çox olduğundan yubanmalar olur. Hazırda bizdə çağrı mərkəzinin işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Operatorların sayının artırılması və fəaliyyətimizin daha səmərəli təşkili üçün işlər görülür".

Qeyd edək ki, BNA-dan daxil olan şikayətlərə görə bəzi vaxtlar ümumiyyətlə oranın qaynar xətlərinə düşmək olmur.

Bu problemlərin hər biri və onlarla bağlı təkliflər deputat Rüfət Quliyev tərəfindən Milli Məclisdə müzakirəyə çıxarılacaq və ümid edirik ki, "Deputatla jurnalist araşdırması" layihəsi çərçivəsində bütün sosial problemlərin həlli üçün ciddi addımlar atılacaq. Bizim məqsədimiz tək tənqid etmək deyil, problemin kökünü tapıb həllinə nail olmaqdır.

Aytəkin CƏLALİ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1091   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həyat yoldaşının keçmiş fotosunu paylaşıb zarafat edən kişi tənqid olundu - VİDEO

Sosial şəbəkədə həyat yoldaşının evlilikdən əvvəlki və sonrakı görüntülərini müqayisə edən bir kişinin paylaşdığı video geniş müzakirələrə yol açıb. xəbər verir ki, videoda əvvəlcə həyat yoldaşının evlənməzdən əvvəl çəkilmiş fotosunu nümayiş etdirən şəxs daha sonra onun hazırkı görüntülərini göstərib

22 iyun
.

Azərbaycana yay gəldi

Azərbaycana yay fəsli daxil olub. xəbər verir ki, yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olub. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu andan etibarən Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır

22 iyun
.

Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri

Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir. Türkmənistan ilə Azərbaycan arasında münasibətlə

22 iyun
.

Ötən tədris ilində Bakıda neçə nəfər ümumtəhsil məktəblərində işə qəbul olunub?

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 402 nəfər müxtəlif vəzifələrə işə təyin edilib. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə işə qəbul üzrə keçirilmiş müvafi

22 iyun
.

Goranboyda kombayn yanıb - VİDEO

Goranboy rayonunda kombayn yanıb. xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. Qeyd olunub ki, hadisə Goranboy rayonunun Səmədabad kəndində baş verib. -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti faktı təsdiqləyib. "Sözügedən hadisə iyunu

22 iyun
.

Pakistan Hindistanı müharibə ilə hədələdi

Pakistan Hind çayının sularının birgə istifadəsi haqqında müqaviləni yerinə yetirməkdən imtina etməsi səbəbindən milli su təhlükəsizliyinə təhlükə yaranacağı təqdirdə Hindistana müharibə elan edə bilər. xəbər verir ki, bu barədə "ARY News" Pakistan İslam Respublikasının müdafiə naziri Xavac

22 iyun
.

Qara dənizdə üç yük gəmisinə PUA hücumu: İtkilər var - VİDEO

Qara dənizdə üzən mülki yük gəmisi PUA-nın (pilotsuz uçuş aparatı) hədəfi olub. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, Panama bayrağı altında üzən və sahibi türk olan "Victress" adlı yük gəmisi dron hücumuna məruz qalıb. Zərbədən dərhal sonra gəmidə güclü yanğın baş verib

22 iyun
.

"Stres özü problem deyil" - PSİXOLOQ

"İmtahan stresi demək olar ki, hər zaman mövcud olub, sadəcə müasir dövrdə bu mövzu daha çox müzakirə olunur və şagirdlər hisslərini daha açıq şəkildə ifadə edə bilirlər". Bu sözləri -a psixoloq Samirə Bağırova danışıb. O, açıqlamasında qeyd edib ki, imtahan öncəsi stresin əsas səbəbləri arasınd

22 iyun
.

Öz müalicəsinin "sınaq subyekti" oldu... - Ölümə meydan oxudu, dünyanı dəyişdirib vida etdi

MRT müayinələri onun temporal payında kütlə aşkar edib. Sidneydə aparılan biopsiya isə acı həqiqəti üzə çıxarıb: Skolyer ən aqressiv beyin xərçəngi növlərindən biri olan 4-cü mərhələ IDH-wildtype glioblastoma xəstəsi idi. Həkimlər ona cəmi 6-8 ay ömür vermişdi. O, "Brainstorm" adlı kitabınd

22 iyun