Həyat yoldaşının keçmiş fotosunu paylaşıb zarafat edən kişi tənqid olundu - VİDEO
Sosial şəbəkədə həyat yoldaşının evlilikdən əvvəlki və sonrakı görüntülərini müqayisə edən bir kişinin paylaşdığı video geniş müzakirələrə yol açıb.
Sonxeber.az xəbər verir ki, videoda əvvəlcə həyat yoldaşının evlənməzdən əvvəl çəkilmiş fotosunu nümayiş etdirən şəxs daha sonra onun hazırkı görüntülərini göstərib. O, paylaşım zamanı "Mən bunu alanda belə idi, indi isə belədir" ifadələrini işlədib.
Daha sonra isə oxuduğunu iddia etdiyi bir ifadəni səsləndirən kişi, dediyi sözlərə görə sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə çevrilib.
Paylaşımın yayılmasından sonra çoxsaylı istifadəçi həmin ifadələrin həm həyat yoldaşını alçaltdığını, həm də qadınlara qarşı hörmətsiz yanaşma nümayiş etdirdiyini bildirib. Bir çox şərhdə zarafat adı altında təhqiredici və aşağılayıcı fikirlərin normallaşdırılmasının doğru olmadığı vurğulanıb.
Bəzi istifadəçilər paylaşımın etik sərhədləri aşdığını qeyd edərək həyat yoldaşının ictimai şəkildə bu cür təqdim edilməsinin qəbuledilməz olduğunu bildiriblər. Digərləri isə şəxsi münasibətlərin sosial şəbəkələrdə bu formada müzakirə mövzusuna çevrilməsinin doğru olmadığını ifadə ediblər.
Qısa müddətdə viral olan video sosial mediada fikir ayrılığı yaradaraq geniş müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 522 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?
Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə
9 sentyabrLeyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR
Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismind
9 sentyabrBakıda yağış, bölgələrdə leysan yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
9 sentyabr"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama
"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı
9 sentyabrSabah hava necə olacaq?
Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ
8 sentyabr"Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır
"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd
9 sentyabrAZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir
Sentyabrın 15-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edəcək. Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə
8 sentyabr