İctimai TV-dən YENİLİK

İctimai TV-dən YENİLİKVerilişlər virtual reallığı yaradan ən müasir studiyadan yayımlanacaq İctimai Televiziya yeni mövsümə verilişlərin məzmun keyfiyyətini artırmaqla yanaşı, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan texnoloji yeniliklərlə start verib.

Bu gündən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 verilişi virtual studiyadan yayımlanacaq.

Şirkətin mətbuat xidmətindən aldığımız məlumata görə, İctimai TV-də yeni studiya dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub. Verilişlərin dekorasiyaları "Unreal engine" proqramları vasitəsilə gerçəkləşir.

Bu proqramlar verilişlərdə yeni zənginləşdirilmiş, virtual görüntülər, reallıqlar yaradır.

Yayımda ən müasir standartların tətbiqi gələcəkdə digər verilişlərdə də təmin ediləcək.

Beləliklə, "Bizə sarı gəlin!" şüarı ilə İctimai Televiziya mövsümə həm məzmun, həm də formaca yeniliklərin tətbiqilə başlayıb.

İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün Azərbaycan xalqının birləşdiyi, bir yumruğa çevrildiyi 27 sentyabr, anım günündən sonra İctimai Televiziya yeni mövsümə start verib.

İctimai TV və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 2021\22-ci il televiziya mövsümündə İctimai TV-nin efirində beynəlxalq əhəmiyyətli, lisenziyalı layihələrin sayı bir qədər də artıb: "Bu mövsümdən "Kim zəngin olmaq istəyir? Milyonların Şousu" (Who Wants to Be a Millionaire?) və "Camaat nə deyir?" (Family feud) teleformatlarını efirimizə gətirmişik".

"Dörd aya yaxın müddət ərzində tamaşaçılar son dərəcə maraqlı və yüksək keyfiyyətlə istehsal olunan dünyaca məşhur televiziya formatının yerli lisenziyalı versiyasını izləyə biləcəklər. Həmçinin, dekabr ayında İctimai Televiziya musiqisevərlərə 2021-ci il Avroviziya Uşaq Mahnı Yarışmasının (Junior Eurovision 2021) növbəti şousunu təqdim edəcək. Bildiyiniz kimi, bu il şouda ölkəmizi "Səs Uşaqlar" yarışmasının finalçısı Sona Əzizova təmsil edəcək".

Yeni mövsümdə İTV tamaşaçılara Sony Pictures, BBC, Discoveri və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı bədii, sənədli filmləri və ən yüksək reytinq qazanan "Körpü" (detektiv, həftədə 5 gün nümayiş olunacaq), "K-2 Cangüdən", "Qara siyahı", "Kulfi" və digər lisenziyalı xarici serialları peşəkar dublyajla təqdim edəcək: "Hindistan istehsalı olan və mahiyyətcə müasirliyilə seçilən, dünyada çox böyük reytinq qazanmış "Kulfi" serialı Azərbaycanda ilk dəfə olaraq tamaşaçılara həftədə 5 gün təqdim olunacaq".

İctimai Televiziya həmişə olduğu kimi yeni mövsümdə tamaşaçılarımıza yerli istehsal olan seriallar təqdim etməyi də planlaşdırır: "Mövsümü "Simurq" serialı ilə açacağıq. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar 2021-ci il Nizami Gəncəvi ili elan edilib. Dahi mütəfəkkirin yubileyinə biz də öz töhfəmizi vermək əzmindəyik. Bu mövsüm N.Gəncəvinin "Xosrov və Şirin" poemasının motivləri əsasında ssenari müəllifləri İlqar Fəhimi və Xəyyam Abdullayev, rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayev olan eyni adlı serialı tamaşaçılarımıza təqdim edəcəyik. Emin Quliyevin rejissorluğu və aktyor Azər Aydəmirin ssenarisi əsasında detektiv janrda Azərbaycanda ilk dəfə fərqli və son dərəcə maraqlı üslubda hazırlanan "Əqrəb mövsümü" serialı da tamaşaçılar üçün çox cəlbedici olacaq". Bu mövsüm kənd ailələrinin məişət problemlərindən bəhs edən, Reyhan İsayevanın ssenari müəllifi, Ramin Nəbiyevin rejissoru olduğu "Yurd" serialının da həftədə 4 gün (I, IV günlər) nümayiş etdirilməsi nəzərdə tutulur".

İTV-nin qısa zaman ərzində böyük populyarlıq qazanmış, təkrarolunmaz simalarından biri Dadaş Dadaşlinski yenilənmiş formatda təqdim ediləcək. Onun əvəzolunmaz köməkçiləri Əziz və Lyuba yeni mövsümə əliboş gəlməyiblər. 3D proqramından başqa bütün yay mövsümündə "Yeməsəm olmaz!" deyib, Azərbaycanı qarış-qarış gəzərək özünəməxsus yumorlu tərzdə eyni adlı layihə ilə pərəstişkarlarının görüşünə gələcəklər.

Günün mühüm hadisələri, aktual siyasi, iqtisadi, sosial və sair xəbərlərin müzakirəsi "Diqqət Mərkəzi" verilişində gündüz saatlarında və axşam saatlarında isə tanınmış telejurnalist Murad Hüseynovun təqdimatında genişləndirilmiş formatda həftə içi dörd gün tamaşaçıların diqqətinə təqdim olunacaq.

Tanınmış politoloq Eldar Namazovun "Aydınlıq" analitik ictimai-siyası müəllif proqramı ilə İctimai Televiziyanın efirində hər bazar tamaşaçıların görüşünə gəlməsi nəzərdə tutulur.

Ölkə gündəmində olan, xüsusi aktuallıq kəsb edən, həyatın müxtəlif sahələrinə dair ictimai əhəmiyyətli məsələlərin müvafiq tərəflərin nümayəndələri və tanınmış mütəxəssislər, ekspertlərin iştirakı ilə müzakirəsi tamaşaçıların ən çox sevdiyi "Sabaha saxlamayaq" verilişində həftə içi dörd gün geniş formatda canlı yayımlanacaq.

İctimai televiziya hərbi-vətənpərvərlik mövzusuna efirində xüsusi yer ayırır: "Bu qəbildən olan və milli qəhrəmanlarımıza həsr edilən "Heç kim unudulmur, heç nə yaddan çıxmır!", 44 günlük Vətən müharibəsi iştirakçılarından bəhs edən "Döyüşçü" layihəsi, tanınmış hərbi jurnalist Heydər Mirzənin müəllifi və aparıcısı olduğu hərbi-analitik "Radius" proqramları ilə yanaşı, tamaşaçılarımız bu il "Vətən sağ olsun!" realiti-şousunun 2-ci mövsümünu də efirimizdən izləyə biləcəklər". Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq başlayan sürətli bərpa-quruculuq işləri barədə tamaşaçılar hər bazar ertəsi saat 22:30-da "Qarabağ gündəliyi"ndən məlumat ala biləcəklər".

Həmçinin, ötən mövsüm izləyicilərin marağına səbəb olan və məşhurları fərqli tərzdə tamaşaçılara təqdim edən "Haradasan bu vaxtacan" (Thank God You're Here) televiziya formatının yeni buraxılışları, eyni zamanda, Müsəllim Həsənovun "XX yüzillik. Faktlar, hadisələr və insanlar", Orxan Fikrətoğlunun "Halbuki", Rahib Azərinin "Yaddaş", Fatehin "Fatehin divanı", Elçin Şıxlının "Pressinq", İlkin Manafovun "Biznes Azərbaycan" müəllif proqramlarının yayımı davam etdiriləcək.

Tamaşaçıların maraqla izlədiyi və gənc nəslin nümayəndələrinin xüsusi səbrsizliklə gözlədiyi "61!", "Breyn-rinq" və "Nə? Harada? Nə zaman?" kimi intellektual proqramlar bu il də İTV-də yayımlanacaq.

Fərqli formatlı verilişlərdən biri də "Dikdaban"dır ki, burada həftə içi hər gün səhər saatlarında üç xanım aparıcı təxminən 2 saat ərzində müxtəlif mövzuların müzakirəsini aparacaqlar. Üç qadın aparıcının canlı efirdəki qonağı daha çox kişilərdir. Proqramın məqsədi ölkədə və dünyada gündəm olan maraqlı mövzuları müzakirə etmək, mədəniyyət, dəb, sağlamlıq haqqında maariflləndirici məlumatları efirə daşımaq, həmçinin sosial şəbəkə prioritetlərinin nəbzini tutmaqdır.

İl ərzində Avropa Yayımlar Birliyinin xətti ilə yayımlanan və məşhur Vyana Filarmonik Orkestrinin ifasında 100-dən artıq ölkədə canlı göstərilən möhtəşəm konsertlər də klassik musiqini sevənlərə İctimai Televiziyanın töhfəsi olacaq.

Aşıq sənəti ilə bağlı maraqlı verilişlərlə tamaşaçıların, sazsevərlərin könlünü oxşayan "Ozan məclisi"nin davam etdirilməsi aşıq sənətinin araşdırılması, müasir səviyyədə təbliği, bu sənətin ən layiqli nümayəndələrinin xalqa daha yaxından tanıdılması cəhətdən müstəsna əhəmiyyətə malikdir.

Bundan əlavə İTV idmansevərləri də unutmur: "Yeni mövsümdə, yeni saatda və ən əsası yeni tərtibatda "Bol idman" hər həftənin bazar ertəsi saat 00:05-də idman həvəskarlarına təqdim olunacaq. Həftə içi 6 gün günorta və axşam saatlarında isə dünyanın dörd bir tərəfində baş verən idman hadisələri, eksklüziv müsahibələr, canlı bağlantılar, idmançılarımızın yarış meydanlarında qazandığı uğurlar İTV İdman vasitəsilə işıqlandırılacaq. Bundan əlavə, futzal üzrə milli komandamızın Avropa çempionatının final mərhələsində keçiriləcək oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq".

İctimai Radioda isə bu mövsümdə dinləyicilər üçün nəzərdə tutulan mükafat fondu artırılıb.

Bundan başqa, Azərbaycanın radio tarixində ilk dəfə olaraq aparıcı Tural Yusifov verilişi sükan arxasında avtomobil idarə edərək aparacaq. Həftənin çərşənbə günləri saat 17.00-dan 20.00-dək "Avtostop" proqramında aparıcı canlı efirdə olduğu 3 saat ərzində avtomobilini Bakı küçələrində idarə edəcək və bu, ona sürücülərin pik saatlarda üzləşdiyi problemləri öz gözü ilə görməyə imkan yaradacaq. Həftənin digər iş günləri isə veriliş studiyadan yayımlanacaq.

Ayrıca onu da qeyd edək ki, İctimai Teleradionun efirində sevilən və əksəriyyət tərəfindən bəyənilən bütün proqramlar yenidən tamaşaçıların görüşünə gələcək./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2909   Tarix: 28 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

Güzgüdə mərhumların üzünü görmək: Dini həqiqət, yoxsa illüziya?

Yarımqaranlıqda güzgüyə baxarkən vəfat etmiş şəxslərin üzlərini görməyin mümkünlüyü ilə bağlı iddialar dini inanclar və xalq arasında yayılan təsəvvürlər baxımından maraq doğurur. Xüsusilə, ruhlarla əlaqə qurmaq və dünyasını dəyişmiş insanları görmək kimi iddiaların İslam dinində hansı əsaslara söykəndiy

26 oktyabr
.

Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda təhsil sistemində süni intellektin tətbiqi genişləndirilir. Elm və Təhsil Nazirliyi ilə "OpenAI" şirkəti arasında imzalanan üçillik Anlaşma Memorandumuna əsasən, süni intellekt müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının tərtibi və şagirdlərin biliklərinin qiymətləndirilməs

26 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?

Xətai rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayətkar birlik yaratmaqda və onun fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 11 nəfərin həbs olunması mütəşəkkil cinayətkarlıqla mübarizə və cinayət məsuliyyətinin müəyyənləşdirilməsi baxımından bir sıra hüquqi suallar yaradır. Cinayətkar birli

26 oktyabr
.

"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA

Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə

26 oktyabr
.

Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı

26 oktyabr