Şeyx Londona qaçan keçmiş arvadını "Pegasus"la izlədib?

Şeyx Londona qaçan keçmiş arvadını "Pegasus"la izlədib?İngiltərə məhkəməsi Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumu "Pegasus" casus proqramından istifadə edərək, Londonda yaşayan keçmiş arvadı və onun vəkillərinin telefonlarını izləməyi əmr etməkdə ittiham edib.

Sonxeber.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məhkəmənin qərarında bildirilib ki, Əl-Maktum keçmiş arvadı Şahzadə Haya bint əl-Hüseyn və vəkillərinin telefonlarına müdaxilə edilməsini istəyib.

Bundan başqa, qeyd olunub ki, Maktum yanında işləyənləri Hayanın Londondakı evinin yanındakı malikanəni satın almağa məcbur edib. Bu göz qorxudan hərəkətlər səbəbindən şahzadə özünü "ovlanmış, təhlükədə və nəfəssiz" hiss edib.

72 yaşlı Dubay əmiri ilə Şahzadə Hayanın uşaqlarının vəkaləti ilə bağlı məhkəmə prosesi davam edir. Şahzadənin telefonu dinlənən vəkillərindən birinin İngilis Lordlar Palatasının üzvü olan Fiona Şakleton olduğu açıqlanıb. O, Şahzadə Diana ilə Şahzadə Çarlzın boşanma işində taxtın varisini təmsil edib.

Onların telefonlarının dinlənilməsi barədə məlumatı isə İngiltərənin keçmiş Baş naziri Toni Bleyrin həyat yoldaşı Çeri Bleyrin verdiyi bildirilir. Çeri Bleyr İsrailin "NSO Group" şirkətinin önəmli vəkillərindən biridir.

Maktum haqqındakı iddiaların əsassız olduğunu bildirərək, bütün ittihamları rədd edib.

Xatırladaq ki, şahzadə Haya 2019-cu ilin əvvəlində 39 milyon dollar götürərək uşaqları ilə birlikdə İngiltərəyə qaçıb. Sığınacaq tələbi rədd edilən Hayaya İordaniya kralı olan qardaşı II Abdullah bin Hüseyn dəstək olub və onun ölkəsinin Londondakı səfirliyində diplomat təyin olunması haqqında əmr verib. Hayanın diplomat olmaq üçün müraciəti London hökuməti tərəfindən qəbul edilib.

Qeyd edək ki, "OCCRP" beynəlxalq jurnalist təşkilatı "NSO Group" tərəfindən yaradılmış "Pegasus" casus proqramı vasitəsilə dünya üzrə siyasətçilərin, jurnalistlərin və aktivistlərin telefon danışıqlarının dinlənildiyi barədə qalmaqallı bəyanat yayıb.

Təşkilatın dünyanın aparıcı KİV orqanları ilə birgə həyata keçirdiyi araşdırmaya əsasən, kəşfiyyat xidmətlərinə, hüquq-mühafizə orqanlarına və hərbi qurumlara "Pegasus" casus proqramına girişi 2016-cı ildən təmin edib.

Belə məlum olub ki, proqram 50-yə yaxın ölkədə 50 mindən çox cihaza, Azərbaycanda isə mindən çox telefona yüklənib. Hədəf alınan telefon nömrələri əsas olaraq Azərbaycan, Qazaxıstan, Meksika, Macarıstan, Hindistan və BƏƏ-dən olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3228   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

1 noyabr
.

Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat

31 oktyabr
.

Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi

Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri

1 noyabr
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31 oktyabr
.

İran yeni silahlar sınaqdan keçirib

İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen

1 noyabr
.

ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi

ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm

1 noyabr
.

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik

1 noyabr
.

Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?

İspaniyanın Barselona şəhərində təhlükəli xəstəliklər yayan ağcaqanadların sayını azaltmaq məqsədilə 1,5 milyondan çox bakteriya daşıyan erkək ağcaqanad təbiətə buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, bu, Avropada həmin üsulla həyata keçirilən ilk genişmiqyaslı sınaqdır. Proqramın əsas hədəf

1 noyabr
.

Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb

ABŞ Dövlət katibi Marko Rubio ərzaq və kənd təsərrüfatı məhsulları ticarətindən digər dövlətlərə qarşı iqtisadi və ya siyasi təzyiq aləti kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ diplomatiyası rəhbərinin Atlantada G20 ölkələrinin xaric

1 noyabr