Tramp Kubaya vaxt qoydu
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb.
ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb. Onun sözlərinə görə, adadakı mövcud vəziyyət uzun müddət davam etməyəcək.
"Bu məsələ iki il yarım ərzində mütləq həllini tapacaq", - deyə Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp İranda hərbi əməliyyatlar başa çatdıqdan sonra "Kuba ilə məşğul olacağına" söz verib. O, administrasiyasının ABŞ Silahlı Qüvvələrinə bir trilyon dollar məbləğində ən böyük investisiyanı yatırdığını da bildirib.
Bundan əvvəl Tramp Kubaya qarşı enerji embarqosu tətbiq edib. Nəticədə ölkədə elektrik enerjisi və yanacaq qıtlığı yaranıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 148 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı
Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib. xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində
1 noyabrTramp Niki Minajın Ağ Evin mətbuat katibi olmasına qarşı deyil - Video
ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə gətirilməsi fikrinə zarafatla müsbət reaksiya verib. xəbər verir ki, bloqer Benni Conson ABŞ liderindən götürdüyü müsahibə zamanı "Niki Minaj növbəti mətbuat katibi ola bilərmi?" deyə soruşub. Prezident cavabınd
1 noyabrİran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir. "Düşmənçilik xarakterli addımının əlamətlər
1 noyabr