Rus jurnalistin Nobel alması ermənilərə "od qoydu"
Bu il Nobel Sülh Mükafatı alan iki jurnalistdən biri rusiyalı Dmitri Muratovdur (digəri flippinli Mariya Ressadır).
Sonxeber.az xəbər verir ki, "Novaya qazeta"nın baş redaktoru olan Dmitri Muratovun Nobel Sülh Mükafatına layiq görülməsi erməni təbliğatına ciddi zərbə olub.
Məsələ bundadır ki, D.Muratov Rusiyada müstəqil medianın ən ünlü simalarından biri olmaqla yanaşı, hər zaman erməni separatizminə qarşı çıxıb və 44 günlük savaşda da Azərbaycanın haqq davasını dəstəkləyib.
Media üzrə mütəxəssis, professor Qulu Məhərrəmli bildirib ki, Qarabağdakı erməni separatizminin əleyhdarı kimi tanıdığımız "Novaya qazeta"nın baş redaktoru Dmitri Muratovun Nobel alması Kremli pərt etsə də, Rusiyanın demokratik qüvvələrini, Navalnı tərəfdarlarını xeyli ümidləndirib:
"Onun mükafatla bağlı dediyi "bu, mənim xidmətim deyil, "Novaya qazeta"nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin xidmətidir" sözləri geniş rezonansa səbəb olub".
Professor xatırladıb ki, Rusiyada insan haqlarını qoruyan, həmçinin hakimiyyətin korrupsiya əməllərini ifşa etdiyi üçün qətlə yetirilmiş məşhur rus jurnalistlərinin bir çoxu, o cümlədən Anna Politkovskaya məhz bu qəzetdə çalışmışdı.
Tarixçi alim Zaur Əliyev isə 44 günlük müharibə dövründə Azərbaycana media dəstəyi verən Muratovun erməniləri susdurduğunu, ölkəmiz barədə əsl həqiqətləri dünyaya çatdırdığını yada salıb:
"Muratovun müharibə dövründə Azərbaycan bayrağı fonunda şəkli onsuz da erməniləri dəli etmişdi, Nobel Sülh Mükafatı alması isə ermənilərə əməlli başlı od qoydu"...
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2363 Tarix: 10 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabr"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb
ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi
1 noyabrAngela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrSankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabr