15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub.
Musavat.com xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib.
Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkən dayanmış "Lada Priora" markalı avtomobilin içərisində azyaşlı uşağın olduğunu görüb. Bu zaman maşının ön hissəsində yanğın başlayıb.
Avtomobilin qapıları bağlı olsa da, pəncərələrdən biri azacıq açıq olub. Məryəm vaxt itirmədən uşağı pəncərədən çıxararaq təhlükəsiz məsafəyə aparıb və ətrafdakılardan təcili yardım xidmətlərinə xəbər vermələrini istəyib.
Uşaq xilas edildikdən az sonra alov bütün avtomobili bürüyüb. Xoşbəxtlikdən nə Məryəm, nə də azyaşlı xəsarət alıb.
Hadisədən sonra RT telekanalının və "Rossiya Seqodnya" beynəlxalq media qrupunun baş redaktoru Marqarita Simonyan məktəbliyə Tiqran Keosayan adına 1 milyon rubl məbləğində mükafat veriləcəyini açıqlayıb.
Simonyan bildirib ki, uşağı ölümdən xilas edən 15 yaşlı Məryəmin qəhrəmanlığı xüsusi qiymətləndiriləcək.
Məlumata görə, Dağıstan Fövqəladə Hallar Nazirliyinin rəhbəri Müslüm Devrişbekov da məktəbliyə xüsusi mükafat təqdim edilməsi barədə qərar qəbul edib. Xasavyurt yanğın-xilasetmə hissəsinin rəisi Anvar Salmanov artıq Məryəm və onun anası ilə görüşərək yeniyetməyə təşəkkürünü bildirib.
Bundan başqa, Xasavyurt şəhərinin rəhbəri Korqoli Korqoliyev də Məryəmlə görüşərək onun cəsarətini qiymətləndirəcəyini açıqlayıb.
Hadisə ilə bağlı daha bir mühüm məqam ortaya çıxıb. Dağıstan prokurorluğu azyaşlı uşağın yanan avtomobildə necə tək qalmasının səbəblərinin araşdırılmasına başlayıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu