Oğlunu sağaltmaq üçün evində laboratoriya düzəltdi - FOTO
Çində kiçik bir onlayn mağazanın sahibi ölümcül xəstə oğlunun müalicəsi üçün kimyanı öyrənməyə və genetik araşdırmalara başlayıb.
Yunnan əyalətinin Kunmin şəhərindən olan Syuy Veyin bir yaşlı oğluna Menkes xəstəliyi diaqnozu qoyulub. Belə hallarda ömür müddəti üç ildən çox olmur. Eksperimental klinikada müalicə xeyir eləmədiyi, həmçinin Çində müalicə üçün əhəmiyyətli olan mis histidin əldə edə bilmədiyi (pandemiyanın yaratdığı məhdudiyyətlərə görə onun xaricdən gətirilməsi də mümkün olmur) üçün orta məktəb təhsili olan Vey dərmanı özü hazırlamaq qərarına gəlir.
O, müstəqil şəkildə kimyanı öyrənməyə başlayır. Məlumatları isə ABŞ-ın elmi jurnallarından götürür. Bundan başqa bir neçə universitetdə ictimai kurslara yazılır və farmasevtliyi öyrənməyə başlayır.
Tezliklə o, mənzilində 3100 dollara kimyəvi laboratoriya qurur və dərman hazırlamağa başlayır.
O, mis histidi əldə etdikdən sonra komponenti dovşanların, ardınca isə öz üzərində sınayıb, təhlükəsizliyinə əmin olduqdan sonra isə oğluna vurub. Daha sonra o, oğlunu xəstəxanaya analizlər üçün aparıb.
Bir müddət sonra Syuy Vey Menkes xəstəliyində yardımı görünən daha bir preparat – elesklomol hazırlayır və əvvəl dovşanlarda, sonra isə özündə sınaqdan keçirdir.
"Dərman oğlumu sağaltmasa da, halının pisləşməsinin qarşısını aldı", - deyə ata bildirib.
Qeyd edək ki, Veyin oğlu sərbəst hərəkət edə, danışa bilmir, ancaq duru yemək yeyir. Bununla belə onu güldürəndə gülür. Syuy Vey genetika sahəsində tədqiqatların oğlunu sağaldacağına ümid edir. Hazırda kişi genetik mühəndisliyi öyrənmək üçün universitetə hazırlaşır.
"Hesab edirəm ki, bütün çətinliklərin öhdəsindən gəlmək olar və ümid edirəm ki, oğlum düzələcək. Mən sadəcə əlimdən gələni etməliyəm", - deyə kişi bildirib.
Yerli Səhiyyə qurumundan bildirilib ki, Syuy Vey dərmanı ancaq öz oğlu üçün istehsal etdiyi müddətdə və onu üçüncü şəxsə satmadığı halda hökumət onu məsuliyyətə cəlb etməyəcək./Oxu.az





Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1262 Tarix: 16 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın qızı 1.4 milyardlıq ada aldı
ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp əri Cared Kuşnerlə birlikdə Adriatik dənizində nəhəng ada layihəsi həyata keçirirlər. xəbər verir ki, bu barədə İvanka Tramp özü danışıb. Məlumata görə, ada 1400 hektar ərazini əhatə edir və elektrik enerjisi yoxdur. Onlar bu layihəni həyata keçirmək üçü
2 iyunYandırıcı yay istiləri turistlərin istirahət vərdişlərini dəyişdirir
Son illərdə yayılan güclü istilər dünya üzrə turizm davranışlarını dəyişməyə başlayıb. Qaynarifno xəbər verir ki, bu barədə "National Geographic" yazır. Məlumata görə, Avropada turistlərin böyük hissəsi artıq ənənəvi yay tətili modelini - xüsusilə Aralıq dənizi sahillərində istirahəti - yenidə
5 iyunABŞ, Britaniya və Avstraliya hərbi sualtı dronlar əldə edəcəklər
ABŞ, Böyük Britaniya və Avstraliyanın Müdafiə nazirlikləri AUKUS üçtərəfli müdafiə sazişi çərçivəsində müasir sualtı pilotsuz aparatların hazırlanmasını davam etdirəcək. Yeni sistemlərin artıq 2027-ci ildə bu ölkələrin silahlı qüvvələrinin arsenalına daxil olması mümkündür. xəbər verir ki, bu barəd
31 mayDünyanın ən xoşbəxt şəhərləri açıqlandı (SİYAHI)
Hər il dərc olunan "Xoşbəxt Şəhər İndeksi" hesabatının 2026-cı il nəticələri açıqlanıb. Qaynarinfo xəbər verir ki, reytinq şəhərlərin idarəetmə, vətəndaş iştirakçılığı, iqtisadiyyat, səhiyyə, ətraf mühit və nəqliyyat kimi sahələrdəki göstəricilərinə əsasən tərtib olunub. Siyahıya görə dünyanı
4 iyun45 min illik kəllə Avropanın ilk insanının üzünü ortaya çıxardı
Çexiyada 1950-ci ildə tapılan 45 min illik qadın kəlləsi üç fərqli rekonstruksiya üsulu ilə yenidən "canlandırılıb". Ortaya çıxan üz xüsusiyyətləri müasir Mərkəzi Afrika qadınlarının cizgilərinə bənzəyir və tünd dəri ilə göz rənginə işarə edir. Qaynarinfo xəbər verir ki, 1950-ci ildə Çexiyad
2 iyunSezarın qumdakı hərəkəti tarixin axarını necə dəyişdi?
Qədim Romada bir sərkərdənin dəyəri təkcə döyüş qələbələri ilə deyil, həm də tanrıların razılığını daşıyıb-daşımaması ilə ölçülürdü. Xurafat və fal inancları hərbi qərarlara birbaşa təsir edən real faktor sayılırdı. Qaynarinfo xəbər verir ki, Birinci Puni müharibəsi dövründə konsul Publius Klavdi Pulxeri
1 iyun