Suriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir.
"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue" konfransında bildirib.
"Hazırda Suriyanın Məkkə alyansına daxil olması imkanlarını qiymətləndirmək məqsədilə müzakirələr aparılır", - nazir deyib.
Onun sözlərinə görə, bu gün regionun heç bir ölkəsi öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmir. Əş-Şibani Fars körfəzinin təhlükəsizliyinin Suriyanın təhlükəsizliyinin bir hissəsi olduğunu vurğulayaraq əlavə edib ki, Dəməşq transsərhəd silahlı qruplaşmalara qarşı mübarizədə körfəz ölkələrini dəstəkləyir.
Qeyd edək ki, birgə müdafiə haqqında Məkkə sazişi avqustun 7-də imzalanıb. Sənəd iştirakçı ölkələrdən birinə edilən hücumun hamıya edilmiş hücum kimi qiymətləndirilməsini nəzərdə tutur.
Saziş müdafiə və xarici işlər nazirlərinin, eləcə də Baş Qərargah rəislərinin iştirakı ilə mexanizmlərin yaradılmasını və ən yüksək səviyyədə koordinasiyanın həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlığa komanda-qərargah və səhra təlimləri ilə başlanacaq. Sonrakı mərhələlərdə isə quru, dəniz və hava qüvvələrinin, hava hücumundan müdafiə vasitələrinin və pilotsuz sistemlərin iştirak etdiyi birgə təlimlərin keçirilməsi planlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 128 Tarix: 31 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
31 oktyabrBosniya və Herseqovinada helikopter qəzasında üç nəfər həlak olub
Bosniya və Herseqovinadakı Avropa Birliyi hərbi qüvvələrinə (EUFOR) məxsus helikopterin Qoriçe bölgəsində, Brçko şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, "qeyri-rəsmi məlumatlara görə, fəlakət nəticəsində üç nəfər ölüb". Brçko Rayon Polisi, yanğınsöndürm
30 oktyabrBəşəriyyət növbəti buz dövrünün başlamasının qarşısını alıb
Təxminən 200 il əvvəl Yer kürəsində buz təbəqələri əmələ gəlməyə başladı və bu da yeni buz dövrünün başlanğıcını qeyd etdi. Lakin nəhəng dərilərin və petroqliflərin geri qayıtmasını gözləməməliyik. 20-ci əsrdə iqlim dəyişikliyi buz təbəqələrinin əriməsinə səbəb oldu və bu proses dayandı. xəbər veri
31 oktyabrUKMTO: Hörmüz boğazında gəmi yanıb
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya
29 oktyabrŞimali Koreya Cənubi Koreya ilə sərhədini niyə möhkəmləndirir?
Şimali Koreya Cənubi Koreya ilə sərhəd boyunca hərbi və mühəndis infrastrukturu gücləndirmək istiqamətində addımlarını davam etdirir. Pxenyanın sərhəd ərazilərində yeni istehkamlar qurması və müdafiə xətlərini möhkəmləndirməsi Koreya yarımadasında təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır
30 oktyabrLavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30 oktyabr