Bu ölkədə oktyabrın 25-dən COVID-19 əleyhinə sərt tədbirlər görüləcək
Çexiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq hökumət epidemiya əleyhinə bir sıra tədbirləri sərtləşdirmək qərarına gəlib.
Unikal.org xəbər verir ki, yeni qərara əsasən, xüsusilə qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq.
Ölkənin səhiyyə naziri Adam Voytek jurnalistlərə açıqlamasında bildirib ki, eyni zamanda peyvənd sertifikatlarına nəzarət gücləndiriləcək:
"Ötən gün respublikada koronavirusa yeni yoluxanların sayı ötən həftənin eyni günü ilə müqayisədə iki dəfə artıb. Xəstəliyin daha çox yayılması məyusluq doğurur. Bununla əlaqədar olaraq hökumət bəzi epidemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib.
Yeni qərar oktyabrın 25-dən qüvvədə olacaq. Noyabrın 1-dən isə kafe, restoranlarda, dövlət və özəl müəssisələrdə çalışanlardan peyvənd sertifikatı da tələb ediləcək".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1729 Tarix: 21 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Dünyanın ən uğurlu investorlarından biri, milyarder Uorren Baffett təxminən əlli ilə yaxındır ki, bir stəkan da olsun su içmədiyini etiraf edib. qafqazinfo-ya istinadən xəbər verir ki, 96 yaşlı milyarderin su əvəzinə gün ərzində nə qəbul etdiyi barədə məlumatı başqa bir milyarder Bill Ekman açıqlayıb
1 noyabr79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
1 noyabrFransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
1 noyabr