Əfqanıstanda DƏHŞƏT: Acından ölməmək üçün uşağını 500 dollara satdı
Ümumdünya Ərzaq Proqramının "təcili hərəkətə çağırış" etdiyi Əfqanıstanda insanlar aclıqdan körpələrini satmaq həddinə gəliblər.
Sonxeber.az Lent.az-a istinadən məlumat verir ki, tanımadığı ailəyə körpə qızlarını 500 dollara (təxminən 850 manat) çatan ailə özlərinə haqq da qazandırıblar. Onlar başqa çarələrinin olmadığını bildiriblər.
ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra "Taliban" burada nəzarəti ələ keçirib. Beynəlxalq yardım fondlarının dondurulduğu ölkədə iqtisadi böhran insanları dəhşətli üsullara sürükləyir.
Beynəlxalq mətbuat Əfqanıstanda iqtisadi böhranla mübarizə aparan insanların müəyyən maddi gəlir əldə etmək üçün orqanlarını satdıqlarını yazıb.
BBC-nin yaydığı yeni xəbər isə ölkədəki dəhşətli faktları gündəmə gətirib. Aclıqdan ölmək üzrə olan əfqan ailəsinin körpəsini 500 dollara satması da bu faktlardan biridir. Dəhşətli hadisə ölkənin qərbində yerləşən Herat şəhərində baş verib. Övladını satan ana "Digər uşaqlarım aclıqdan ölürdü. Ona görə də qızımı satmalı oldum. Bilirəm ki, bunu etməməliydim", - deyərək çarəsizliyini dilə gətirib.
Qızın atası isə ailənin zibil toplamaqla dolandığını, lakin bu vəziyyətin daha heç nə gətirmədiyini söyləyərək, əlavə edib: "Acından ölürük. Hazırda evimizdə un, yağ yoxdur".
Atadan qızının taleyinin necə olacağını soruşduqda o, "Qızımın gələcəyini bilmirəm. Amma mən bunu etməli idim", - deyib.
Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Ərzaq Proqramı (WFP) Əfqanıstanda 14 milyon insanın "aclığa doğru irəlilədiyini" və yardım göstərilməsə həyatını itirə biləcəyini açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2720 Tarix: 26 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransada böhran: Nazir iqtisadiyyatının çökəcəyi barədə xəbərdarlıq etdi
Ölkə rəhbərliyi kəsrin azaldılmasını nəzərdə tutan büdcəni qəbul edə bilməsə, Fransa iqtisadiyyatı ciddi böhranla qarşı-qarşıya qala bilər. xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur "France Info" radiostansiyasının efirində çıxışı zamanı bildirib. Naziri
1 noyabrABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrSankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən
1 noyabrAngela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrSobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
1 noyabr