Alek Bolduin çəkiliş zamanı baş vermiş dəhşətli hadisə barəsində ilk dəfə danışdı
Amerikalı aktyor Alek Bolduin oktyabrın 22-də "Pas" (Rust) filminin çəkilişi zamanı onun açdığı atəş nəticəsində kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə ilk dəfə danışıb.
Bolduin bildirib ki, bu, trilyonda bir rast gəlinən bədbəxt hadisədir:
"Bu günə qədər filmlərdə və teleşoularda nə qədər güllə atılıb? Praktiki olaraq hər hansı hadisə baş verməyib. Qalina Xatçins mənim dostum idi. Həmin gün filmin çəkilişindən əvvəl Qalina Xatçinsi rejissorumuz Coel Souzla birgə yeməyə dəvət etmişdim. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik, bu dəhşətli hadisə baş verdi".
Yenə də silahlardan istifadəyə nəzarətin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayan A. Bolduin "Pas" (Rust) filminin çəkilişinin davam etdirilməyəcəyini düşündüyünü də söyləyib.
Aktyor ona istintaqın gedişi barədə danışmağın qadağan edildiyini söyləyib.
İstintaq hələ ittiham irəli sürməyib. Hazırda tapançaya döyüş gülləsinin necə qoyulduğu araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO