Koronavirusa şeir yazdı: Həbsxanaya göndərildi
Türkmənistan məhkəməsi koronavirusla bağlı "Acı həqiqət" şeirini yazan 48 yaşlı "YouTube" bloqçusu Murat Ovezovu 5 il müddətinə azadlıqdan məhrum edib.
Sonxeber.az-ın Lent.az-a istinadla məlumatına görə, onun barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Ümumilikdə 385 abunəçisi olan Ovezov pandemiya ilə bağlı dəfələrlə mənfi fikirlər səsləndirib və narazılığını poetik formada ifadə etmək qərarına gəlib. Bundan əlavə, o, videoçarxlarında ölkədə baş verənlərdən: mağazalardakı növbələrdən, İnternetə çıxışdakı çətinliklərdən, həmçinin koronavirusla bağlı vəziyyət və bununla bağlı qoyulan məhdudiyyətlərdən danışıb.
Məlumat verən mənbənin sözlərinə görə, bu materiallar Türkmənistanın Dövlət təhlükəsizlik xidməti üçün maraqlı ola bilərdi. Daha sonra Ovezov respublikanın hakimiyyətini tənqid etməyə haqq qazandırmağa çalışaraq bir neçə video çəkib, lakin sonda həbs edilərək həbsxanaya göndərilib.
2020-ci ilin mart ayında Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) portalı Türkmənistan hakimiyyətinin pandemiya ilə bağlı məlumatları gizlətmək üçün "koronavirus" sözünün istifadəsini qadağan etdiyini və onu istifadədən çıxardığını bildirmişdi.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ölkədəki bütün KİV-lərə nəşrlərdə "koronavirus" sözünü göstərmək qadağan edilib. Eyni zamanda, küçədə maska taxan və dünyada yayılan koronavirus pandemiyası haqqında danışan vətəndaşlar mülki geyimli polis əməkdaşları tərəfindən həbs oluna bilər.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO