Gürcü müxalifəti hakimiyyətə 24 saat vaxt verdi
Gürcü müxalifəti hakimiyyətə sabiq prezident Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi üçün 24 saat vaxt verib.
Sonxeber.az xəbər verir ki, bu barədə Saakaşvilinin saxlanıldığı Rustavi türməsinin qarşısında keçirilən aksiyada Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya danışıb.
"Biz Saakaşvilinin şəhər xəstəxanasına köçürülməsi üçün hakimiyyətə 24 saat vaxt veririk. Əgər bu tələb icra edilməsə, biz 20:00-da bütün Gürcüstanda Azadlıq meydanlarına toplanacağıq".
Siyasətçi qeyd edib ki, Tiflisdə genişmiqyaslı aksiyalar keçiriləcək.
"Digər şərtlərimiz paytaxtdakı Azadlıq meydanında keçirəcəyimiz mitinqdə elan ediləcək", - o bildirib.
Qeyd edək ki, Mixail Saakaşvili 37-ci gündür aclıq edir. Hakimiyyət onun bal, sıyıq və şirə qəbul etdiyi, buna görə də səhhətinin təhlükəli olmadığını bildirsə də, vəkilləri və həkimlər Saakaşvilinin vəziyyətinin qənaətbəxş saymırlar. Ötən gün türmə xəstəxanasına keçirilən baxışda da Saakaşvilinin müalicəsi üçün lazım olan avadanlıqların olmadığı üzə çıxmışdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2655 Tarix: 06 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabrİraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
1 noyabrNATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir. xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb. "Hesa
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabrAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrOpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. İnvestorlar şirkətin bazar dəyərin
1 noyabr