İspaniyada təyyarədən qaçan sərnişinlər hava limanının işini iflic etdi
İspaniyanın Palma hava limanı (Balear adalarının muxtar icması) uçuş-enmə zolağında sərnişinlərin olması səbəbindən fəaliyyətini üç saatlıq dayandırmaq məcburiyyətində qalıb.
"Air Arabia" aviaşirkətinə məxsus təyyarə Mərakeşin Kasablanka şəhərindən İstanbula uçurmuş.
Təyyarə komandiri sərnişinlərdən birinin xəstələndiyi iddia edildiyi üçün İspaniya hava limanında eniş etmək qərarına gəlib. Enişdən sonra o, xəstəxanaya aparılsa da, həkimlər heç bir problem aşkar etməyiblər. İspaniya polisi qeyri-qanuni miqrasiyaya şərait yaratmaqda və miqrasiya qanunlarını pozmaqda şübhəli bilinən bir şəxsi saxlayıb.
Eyni zamanda eniş etdikdən sonra 10-20 sərnişindən ibarət qrup icazəsiz təyyarəni tərk edib. Polis 5 nəfəri saxlayıb, lakin qaçanların əksəriyyətinin hava limanını tərk edə bildiyi güman edilir. Uçuş zolağında insanların olması səbəbindən hava limanının fəaliyyətinin dayandırılması qərara alınıb.
Xüsusilə, uçuşlarda gecikmələr qeydə alınıb, bəzi təyyarələr digər hava limanlarına eniş üçün göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1015 Tarix: 07 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək
Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard
19 iyulSon 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə
Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b
20 iyulAnd dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər
Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər
22 iyulTəkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət
Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını
20 iyul"Alhurra": İraqda korrupsiyaya ilə mübarizə böhrana səbəb olub
İraqın Baş naziri Əli əz-Zeydinin təşəbbüsü ilə başladılmış antikorrupsiya kampaniyası ölkədə böhrana səbəb olub. "Report" xəbər verir ki, bu barədə ərəbdilli "Alhurra" telekanalı məlumat yayıb. Məlumata görə, təhqiqatlar silsilə həbslərə səbəb olub, həmçinin təkcə baş nazirin öz
19 iyulAlimlər xəbərdarlıq edir: Dünya sularında oksigen səviyyəsi sürətlə azalır
Kaliforniya Universitetinin San-Dieqo şəhərciyində fəaliyyət göstərən "Scripps" Okeanoqrafiya İnstitutunun mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu dünya okeanları, göllər, çaylar və sahilyanı sularda oksigen səviyyəsinin sürətlə azaldığını açıqlayıb. Qaynarinfo xəbər veri
23 iyul