130 manatla gələcəyin əsgərini böyüdən əlilin müavinətini kəsdilər - ŞİKAYƏT - AÇIQLAMA
Cəlilabad rayon sakini, 2-ci qrup əlilliyi olan Nuriyev Faba Ovezoviç adlı vətəndaşın ünvanlı sosial yardımını kəsiblər.
Sonxeber.az-ın məlumatına görə, avqust ayının 1-də ona verilən sosial yardımın müddəti bitib və yenidən bərpa olunmur.
Səbəb kimi isə yoldaşının adına torpaq olduğu göstərilir.
Vətəndaş bildirir ki, torpağı xanımının adından çıxartsalar da, məsələ həll olunmur:
"Dəfələrlə "Vemtas" vasitəsi ilə müraciət etsəm də, hər dəfə mənə imtina cavabı verilir. Birinci dəfə bildirdilər ki yoldaşımın adına torpaq olduğuna görə VÖEN açmalıyam. VÖEN açıb, təkrar müraciət etdim. Amma yenə imtina edib dedilər ki, torpaq adımızdan çıxmayıb. Mən də borc-xərclə torpağı adımızdan çıxartdım. İndi təkrar müraciət etsəm də, yenə əsassız yerə imtina cavabı verirlər. Özüm 2012-ci ildən yataq xəstəsiyəm, əliləm, iş qabiliyyətim yoxdur. Əlilliyə görə 130 AZN sosial müavinət alıram. Ailəliyəm, oğlum var, gələcəyin əsgərini böyüdürəm.
Yoldaşımın 250 manat maaşı və mənim əlilliyə görə aldığım 130 manat sosial muavinətdən başqa heç bir gəlirim yoxdur. O pul da mənim müalicəmə gedir. Ailə vəziyyətim çox ağırdır. Cənab Prezident İlham Əliyevdən çox xahiş edirəm, bizə kömək etsin".
Məsələ bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Sonxeber.az-a açıqlama verib:
O bildirib ki, Faba Nuriyev 06.10.2021-ci il tarixdə ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron qaydada müraciət edib:
"Vətəndaşın bu müraciətinə elektron sistem tərəfindən imtina verilib. İmtinaya səbəb isə Faba Nuriyevin "Ərizə-bəyannamə"də torpaq mülkiyyətini və ailə üzvü Nuriyeva Elduzə Akif qızının əvvəlki 12 ayda olan məşğulluğu barədə məlumatı düzgün göstərməməsi olub və ona bu uyğunsuzluqları aradan qaldırmaqla yenidən müraciət etmək tövsiyə edilib. Bundan sonra Faba Nuriyev 11.11.2021-ci il tarixdə ünvanlı sosial yardımla bağlı yenidən elektron qaydada müraciət edib. 15 gün ərzində vətəndaşın əks əlaqə vasitəsinə müraciətin nəticəsi barədə məlumat göndəriləcək".

Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Azərbaycana QAR YAĞDI
"Banu" Günel illər sonra - Foto
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları