Rusiyalı illüstrator öz əsərini "Squid Game" serialında gördü - FOTO
Rusiyalı illüstrator Yelena Barenbaum Cənubi Koreyanın məşhur "Squid Game" serialının epizodlarından birində "Dovşanlar" adlı əsərini kəşf edib.
Sonxeber.az oxu.az-a istinadən bildirir ki, bu barədə onun özü məlumat verib.
"Dostlar, təxminən 20 nəfər mənə işimin göründüyü kadrla bağlı ekran görüntüləri göndərdi. Bundan sonra mən özüm xüsusi olaraq bu seriala baxdım, amma "Dovşanlar"ın göründüyü anı tapa bilmədim, təsəvvür edirsiniz?!", - deyə o bildirib.
Barenbaum onu da vurğulayıb ki, təxminən bir il əvvəl bu obraz ondan eksklüziv lisenziya əsasında böyük məbləğə alınıb.
"Mən onu kimin aldığını dəqiq bilmirəm. Ola bilsin "Netflix". Baxmayaraq ki, bir vaxtlar bu şəkilli çoxlu afişalar var idi və yaxşı satılırdı. Bəlkə də onlardan biri serialın yaradıcılarının əlinə keçib. Ya ümumiyyətlə, o, kadrda təsadüfən görünüb... Düzünü desəm, bilmirəm", - deyə rəssam bildirib.
O həmçinin vurğulayıb ki, satın alındıqdan sonra rəsm bütün saytlardan silinib.



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1187 Tarix: 13 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
1 noyabr79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
1 noyabr