Amerikalı qadın darıxdığından rekord qırdı: 95 gündə 4000 km qaçdı
COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər zamanı darıxan ABŞ sakini hər gün marafon distansiyası qaçaraq Ginnesin Rekordlar Kitabına düşüb. Məlumata görə, o, 95 gündə təxminən dörd min kilometr məsafə qət edib.
Alissa Klarkın sözlərinə görə, 2020-ci ilin mart ayında İtaliyada yaşayıb. Həmin vaxt ölkə hakimiyyəti COVID-19 pandemiyası səbəbindən ilk dəfə olaraq karantin rejimi tətbiq edib. Tezliklə amerikalı qadın çoxdan hazırlaşdığı yay marafonlarının da ləğv olunduğunu öyrənib.
Karantin zamanı Klark hər gün marafon məsafəsi (42 km) qaçmaq qərarına gəlir. O, layihənin 15 gün davam edəcəyini düşünüb, lakin bu müddətdən sonra da qaçmağı dayandırmayıb. Qadın ABŞ-a qayıtdıqdan sonra da gündəlik marafonlara vaxt ayırıb. Bəzi günlərdə amerikalı qadın qaçış bandından istifadə etsə də, fürsət düşən kimi küçədə qaçıb. Sonda o, 95 gündə 95 marafon distansiyası qaçıb. Qadın qeyd edib ki, o, 96-cı qaçışa başlayıb, lakin səhhətində yaranan probdlemlər səbəbindən dayanmaq qərarına gəlib. Daha sonra amerikalı qadının koronavirusa yoluxduğu məlum olub.
"Həmişə deyirdim ki, tibb sisteminə lazımsız yük olmaq riski yaranan kimi qaçmağı dayandıracağam. Buna görə də, səhhətim pisləşən kimi qaçmağı dayandırdım", - deyə o bildirib.
Klark tezliklə "Ginnes. Dünya Rekordları"ndan bir mesaj alıb. Təşkilatdan bildirilib ki, o, marafon qaçışlarında ardıcıllıq sayına görə rekord qırıb.
"Mən bu rekordu qırdığım üçün fəxr edirəm, amma ümid edirəm ki, kimsə tezliklə qaçmağa başlayacaq və daha da yaxşı nəticələr əldə edəcək", - deyə amerikalı qadın bildirib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1135 Tarix: 15 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Yapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələləri də uğurla başa vurarsa, protez və implant istifadəsini böyük ölçüdə azalda biləcə
13 iyunAğaclar niyə göyə qədər uzana bilmir?
Dünyanın ən hündür ağacları sırasında yer alan sekvoyalar təkcə əlverişli təbiət şəraiti sayəsində deyil, həm də son dərəcə mürəkkəb bioloji balans hesabına bu qədər yüksələ bilir. Lakin alimlər bildirirlər ki, fizika qanunları onların böyüməsinə müəyyən sərhəd qoyur. xarici mediaya istinadla xəbər veri
11 iyunÇörək qabına bunu qoyun - daha gec xarab olacaq
Təzə çörək bir çox insan üçün gündəlik qidalanmanın vacib hissəsidir. Xırtıldayan qabığı, yumşaq içliyi və özünəməxsus ətri səhər yeməyini daha ləzzətli edir. Lakin problem ondadır ki, çörək alındıqdan bir neçə gün sonra bərkiyir, elastikliyini itirir və dadı dəyişə bilir. xəbər verir ki, bir çox insa
14 iyunYol qəzalarında daha çox qadınlar xəsarət alır: səbəbi bu imiş
Avstriyalı alimlər müəyyən ediblər ki, müasir avtomobil təhlükəsizlik sistemləri yol-nəqliyyat hadisələri zamanı kişiləri və qadınları eyni dərəcədə qoruya bilmir. Bunun əsas səbəbi təhlükəsizlik texnologiyalarının uzun illər əsasən kişi bədən quruluşu nəzərə alınaraq hazırlanması ilə əlaqələndirilir
14 iyunMəşhur müğənniyə 13 qadından təcavüz İTTİHAMI
Məşhur fransız müğənni və aktyor Patrik Bryuel 13 qadına təcavüzdə ittiham olunub. xarici KİV-ə istinadla xəbər verir ki, nhazırda Parisdə Patrik Bryuellə bağlı istintaq aparılır. Bildirilir ki, azı 13 qadın ifaçını cinsi xarakterli cinayətlərdə ittiham edib. İddialara əsasən, bu hadisələr 1997-2012-c
10 iyunHansı hallarda masaj etmək olmaz?
Masaj əzələləri rahatladan, qan dövranını sürətləndirən və ümumi bədən rahatlığı yaradan faydalı prosedurlardan biridir. Lakin hər vəziyyətdə masajın uyğun olduğunu düşünmək düzgün deyil. Bəzi hallarda masaj mövcud sağlamlıq problemini daha da ağırlaşdıra və fəsadlara səbəb ola bilər. Buna görə də, masajda
10 iyunQayçı qulpundan birinin digərindən daha kiçik olmasının ƏSL SƏBƏBİ
Evlərdə tez-tez istifadə etdiyimiz bəzi qayçılara diqqət yetirsəniz, dəstək (tutacaq) hissələrindən birinin digərinə nisbətən daha qısa və kiçik olduğunu görə bilərsiniz. Əslində hər kəsin fərqində olduğu bu vəziyyətin arxasında sadə bir dizayn seçimindən daha fərqli məqamlar dayanır. xəbər verir ki
13 iyunİnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?
Harvard alimləri Braziliya, Çili və Cənubi Koreyadan olan həmkarları ilə birlikdə ömrü uzadan fiziki məşq növünü açıqlayıblar. xəbər verir ki, bu barədə "Vietnam.vn" məlumat yayıb. Alimlər müəyyən ediblər ki, 30 illik genişmiqyaslı tədqiqatın nəticələrinə görə, həyatı uzatmaq üçün ən yaxş
10 iyunQabyuyan maye ilə unitaz təmizləməyin ÜSULU
Hamam otağında təmizliyi qorumaq çox vaxt həm vaxt aparır, həm də güclü kimyəvi vasitələrin istifadəsini tələb edir. Lakin unitazdakı çirk və xoşagəlməz qoxunu sərt kimyəvi maddələr olmadan aradan qaldırmağa kömək edən daha sadə bir üsul var. Söhbət adi qabyuyan mayedən gedir. xəbər verir ki, bu üsu
14 iyun