Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA
Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər.
Bu barədə The Daily Telegraph qəzeti yazır.
Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəfə 2014-cü ildə işlədilib. Həmin vaxt Amerika Psixiatriya Mərkəzi bu meyli xəstəlik kimi qiymətləndirməyi təklif edib.
Nottingham Trent Universiteti və Hindistandakı Thiagarajar İnstitutu da bu vərdişin xəstəliyə çevrilib-çevrilmədiyini araşdırıb.
Aparılan araşdırmalar nəticəsində Selfitis-in ruhi pozuntu olması nəticəsinə gəlinib və xəstəliyin ciddiliyinin qiymətləndirilməsi üçün Selfitis Davranış Şkalası yaradılıb.
Şkala 1-100 arası dəyişir. Araşdırmada 200 nəfər iştirak edib və göstəricilər daha sonra 400 nəfərdə sınaqdan keçirilib.
İştirakçılar Hindistandan olub. Çünki, ən çox selfi çəkən və təhlükəli yerlərdə selfi çəkərkən ölənlərin çoxu Hindistandandır.
Beynəlxalq Ağıl Sağlamlığı və Asılılıq jurnalında dərc olunan nəticələrə görə, Selfitis-in üç səviyyəsi müəyyən edilib:
Sərhəddə olanlar: gündə ən az 3 dəfə selfi çəkənlər, amma hamısını sosial mediaya qoymayanlar.
Kəskin: Gündə ən az 3 selfi çəkib hər birini sosial mediaya qoyanlar.
Xroniki: Selfi çəkmək üçün nəzarət edilə bilməyən bir istək duyan, həddən artıq selfi çəkən və gündə ən az 6 dəfə sosial mediada bölüşənlər.
Özünəinam əskikliyi, diqqətçəkmə istəyi
Notthingham Trent Universitetinin Psixologiya fakültəsindən Dr. Janarthanan Balakrishnan deyir ki, "Adətən bu vəziyyətdə [Selfitis] olanlarda özünəinam əskikliyi olur və öz çevrələrində qəbul edilmə istəyi yaranır".
Dr. Balakrishnan əlavə edib ki, "Bu narahatlığın varlığı təsdiq edilib, indi insanların nə üçün və necə belə davrandıqlarını və bu vəziyyətdən ən çox əziyyət çəkənlərə necə kömək ediləcəyini tapmaq lazımdır".
Lakin Londondakı Kings College Universitetinin Psixologiya Fakültəsinin professoru Simon Wessely isə selfi çəkməyin xəstəlik olması ideyasına şübhə ilə baxır:
"Araşdırma selfi çəkənlərin ruhi durumlarının yaxşılaşdığını, diqqətləri üzərilərinə çəkdiklərini, özünəinamlarını artırdığını və ətraf mühit ilə əlaqə qurduqlarını göstərir".
The Royal College Psixiatriya qurumundan Dr. Mark Slater da "Selfitis deyə bir şey yoxdur və olmamalıdır" deyir:
"Qarışıq və mürəkkəb insan davranışlarını tək bir kəlmə ilə yarlıqlama meyli var. Amma bu təhlükəli və həqiqi olmayan bir şeyə həqiqət kimi bir məna yükləyə bilər"./ Lent.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Aqşin Fatehə ağır itki
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq