Alimlər Marsa uyğun şəraitdə pomidor yetişdirdi - VİDEO

Alimlər Marsa uyğun şəraitdə pomidor yetişdirdi - VİDEOMüxtəlif növ souslarının istehsalçısı olan Heinz şirkəti Florida Tenxologiya İnstitutunun tədqiqatçılarının xüsusi layihəsini maliyyələşdirib.
Lent.az "technote"a istinadən xəbər verir ki, sözügedən xüsusi layihə çərçivəsində mütəxəssislər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirməyə çalışıblar.
Nəticədə məlum olub ki, gələcəkdə Marsa yollanacaq astronavtlar pomidor yetişdirə və ketçup istehsal edə bilərlər. İrimiqyaslı Mars missiyasının əsas problemlərindən biri də logistikadır.
Əgər astronavtlar yanacaq, oksigen, su, ehtiyat hissələri və qidanı özləri ilə aparmağı qərara alsalar, deməli Marsa çoxlu sayda kosmik yük gəmisi yollanmalıdır. Bu isə öz növbəsində külli miqdarda xərc deməkdir. Xərcləri aşağı salmaq üçün mütəxəssislər Mars resurslarından istifadə etməyi planlaşdırırlar. Buna misal olaraq qida məhsullarının Mars torpağında yetişdirilməsini gətirmək olar.
"The Martian" filmində baş qəhrəman Marsdakı istixanada kartof yetişdirirdi. Lakin Heinz şirkəti gələcək Mars astronavtlarını pomidor və ketçup ilə təmin etmək niyyətindədir. Reklam məqsədilə şirkət Heinz Mars Edition adlı ketçupu təqdim edib. Sözügedən ketçup Mars şəraitinə yaxın olan şərtlər çərçivəsində becərilmiş pomidorlardan hazırlanıb. Şirkətin alimlər ilə 2 illik əməkdaşlığı çərçivəsində "Red House" adlı istixana yaradılıb. Həmin istixanada alimlər Heinz şirkətinin toxum kataloqundan seçilmiş 30 kol pomidor yetişdiriblər. Alimlər ilk növbədə toxumları Mars torpağına bənzər 3.5 ton torpağa basdırıblar. Bunun üçün nəzərdə tutulmuş torpaq Mohave səhrasından əldə olunub. Daha sonra toxumlar qırmızı diod işıqları vasitəsilə işıqlandırılıblar. İstixanadakı atmosfer, temperatur və sulandırma rejimi Marsda ola biləcək istixana şərtləri ilə eyni olub.
Təcrübənin ilkin mərhələsində 30 kol bitki iştirak edib. İkinci mərhələdə isə alimlər 450 ədəd kolu ayrı-ayrı vedrələrə yerləşdiriblər və 2000 saat ərzində onların böyümələrini müşahidə ediblər. Nəticədə onlar yüzlərlə pomidor yığa biliblər.

Lakin alimlər qeyd ediblər ki, ikinci mərhələdə olmuş məhsuldarlıq birinci mərhələdəki məhsuldarlıqdan daha pis olub. Bu isə o deməkdir ki, pomidorları ayrı-ayrı vedrələr əvəzinə torpaq çalalarından ibarət sıralarda yetişdirmək lazımdır. Bu, bitkilərə öz aralarında mikrob mübadiləsini aparmağa və bitkilərə xas olan xəstəlikləri azaltmağa imkan verir. Nəticədə alimlər tərəfindən yetişdirilmiş pomidorlardan məhdud sayda ketçup istehsal edilib və həmin ketçup xüsusi istehsal edilmiş kosmik butulkalara doldurulub. Onlardan birini isə 37 km yüksəkliyə göndərərək -74 dərəcə Selsi temperatura kimi dondurublar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2377   Tarix: 16 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021