Bu ölkədə liderin paltosundan geyinmək QADAĞAN edildi

Bu ölkədə liderin paltosundan geyinmək QADAĞAN edildiŞimali Koreyada adi vətəndaşlara ölkənin lideri Kim Çen Inın geyindiyi dəri palto geyinmək qadağan edilib.

Sonxeber.az Lent.az-a istinadla bildirir ki, bu barədə ölkədəki vəziyyətdən xəbərdar olan mənbəyə istinadla məlumat yayılıb.

Məlumata görə, dəri paltolar şimali koreyalılar arasında 2019-cu ildə dövlət başçısının oxşar geyimdə ictimaiyyət qarşısına çıxmasından sonra populyarlaşıb.

2021-ci ilin yanvarında Kim Çen Inın hərbi paradda bu geyimdə görünməsindən sonra yenidən populyarlıq zirvəsinə çatıb.

Bundan əlavə, eyni zamanda, Koreya Xalq Demokratik Respublikasının bəzi digər yüksək rütbəli məmurlarının, o cümlədən Şimali Koreya lidernin bacısı Kim Yo Çjonun dəri palto geyindiyi görülüb, bununla əlaqədar olaraq, qadınlar arasında belə modellərə tələbat yaranmağa başlayıb.

Kim Çen Inın dəri paltoda daha bir ictimaiyyət qarşısına çıxışı 2021-ci ilin noyabrında baş tutub.
Bu ölkədə liderin paltosundan geyinmək QADAĞAN edildiƏvvəlcə bu tendensiya Çindən orijinal dəridən hazırlanmış yağışdan qoruyan paltarları sifariş etməyə imkanı olan yerli zəngin insanlar tərəfindən seçilib. Lakin sonradan Şimali Koreyalı geyim istehsalçıları daha ucuz dəri variantlarını tikməyə başlayıblar. Nəticədə, oxşar modellər adi sakinlərin onları aktiv şəkildə satın aldığı ölkənin bütün bazarlarında meydana çıxıb.

Bütün bunların fonunda Şimali Koreya polisi bazar və mağazalarda ucuz dəri paltarları satan satıcılardan, eləcə də belə paltarda görünən sakinlərdən müsadirə edəcək xüsusi patrul dəstələri yaradıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları öz hərəkətlərini partiyanın mövqeyi ilə izah edirlər. Partiya hesab edir ki, adi vətəndaşların belə saxta geyinməsi Kim Çen Inın imicini ləkələyir və onun nüfuzuna xələl gətirir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1959   Tarix: 25 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun

Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür. xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir. Plovun lap

17 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr