"Sanki ucqar rayondayıq, yollar bərbad, heç aptek də yoxdur..." - Masazırdan ŞİKAYƏT
Abşeron rayonu Masazır qəsəbəsi sakini kənddə bir çox problemlərin olmasından narazıdır.
Sonxeber.az-ın məlumatına görə, şikayətçi N.B İsmayıl Şıxlı küçəsi ev 2-də yaşayır.
O bildirir ki, evlərinə gedən yol bərbad vəziyyətdədir:
"Sanki ucqar rayonda yaşayırıq. Evimizə gedən yol asfaltlanmır, əsas yollar isə yarım-yamalaq asfaltlanır. Ara küçələr daşlıq, torpaq, palçıq qalır. Bundan əlavə, burada avtobus dayanacağı yoxdur. Qar, yağış yağanda avtobus gözləyərkən başımıza yağır, günəş olanda kölgəlik tapa bilmirik. Nəqliyyat problemimiz də böyükdür. Kənd əhalisi həddindən artıq çoxdur və cəmi 2 ədəd, "525", "533", "535" nömrəli avtobuslar fəaliyyət göstərir. O da tələbatı ödəmir, işə, şəhərə gedərkən 2-3 avtobus dəyişməyimizə, vaxt və pul itkisinə səbəb olur.
Bütün Masazır üçün metroya yalnız 525 nömrəli marşrut işləyir və bu qədər adama çatmır. Günün pik saatlarında vəziyyət lap dözülməz olur. Əlavə marşrutların açılmasına, avtobus sayının çoxalmasına böyük ehtiyac var. Dəfələrlə BNA-ya nəqliyyat problemi ilə bağlı şikayət etsək də, onlar bu məsələnin onların nəzarətində olmadığını və avtobusların şəxsi sahibkarın əlində olduğunu qeyd ediblər. Deyilənə görə, həmin şəxs Qarabağ əlilidir. Ancaq camaat da yazıqdır, bu qədər əziyyət çəkmək olmaz.
Kənddə uşaqlar və yaşlıların dincəlməsi üçün kiçik də olsa, park, bağça, göz oxşayan heç bir şey yoxdur. Kim 1 metr yer də tapsa, orada plansız təkdaş evlər tikir. Biz də makler fırıldağının qurbanlarından biriyik.
Bu arada, ən başlıca problem isə evin yaxınlığında, ümumiyyətlə kəndin içində aptekin olmamasıdır. Kəndin girəcəyində cəmi 1 aptek var. Təcili lazım olsa, dərman tapmaq mümkün deyil".
Məsələ ilə bağlı bir çox qurumlara zəng etsək də, müraciətimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2367 Tarix: 06 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə
25 oktyabrAyın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas
26 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabrBu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
25 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabr