Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir.

Bu proses köhnə binalarda hansı dəyişiklikləri zəruri edəcək və mənzil sahibləri üçün əlavə xərc yaradacaqmı? Ümumiyyətlə, xərcləri kim qarşılayacaq: dövlət, bina sakinləri, yoxsa mənzil-kommunal təsərrüfatı qurumları?

Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, hazırda ölkəmiz kommunal xidmətlərin göstərilməsi sahəsində müəyyən islahatların başlanğıc mərhələsini yaşayır:

"Bunu hətta kiçik bir inqilab da adlandırardım. Məsələn, çoxmənzilli yeni tikililərin idarə olunması məsələsinə baxaq. Qanunvericiliyin tələbinə görə, bu binalarda özünüidarəetmə təşkilatları, yəni müştərək cəmiyyətlər yaradılmalıdır. Başqa sözlə, MTK-lar müştərək cəmiyyətlərə çevrilməlidir. Təəssüf ki, ölkədə yeni inşa edilmiş 2700-2800-ə yaxın binanın yalnız təxminən 10 faizi müştərək cəmiyyətə çevrilib. Bunun əsas səbəblərindən biri prosesə dövlətin ciddi nəzarətinin olmamasıdır. Üstəlik, yaradılmış müştərək cəmiyyətlərin fəaliyyəti də kifayət qədər xaotikdir və onların idarə olunmasında problemlər var. Yeni tikililərin idarə olunması ölkədə kölgə iqtisadiyyatının mühüm hissəsini təşkil edir. Digər problem isə köhnə yaşayış fondunun hələ də sovet dövründən qalan mənzil-istismar sahələri vasitəsilə idarə olunmasıdır. Faktiki olaraq, Mənzil Məcəlləsində və digər qanunlarda bu təşkilatların fəaliyyəti lazımi şəkildə tənzimlənməyib. Vətəndaşlara göstərilən xidmətlər də qüvvədə olan xidmət müqavilələrinə əsaslanmır. Müqavilə olmadan sakinlərə müəyyən xidmətlərə görə ödəniş hesabları təqdim edilir. Bu isə Mülki Məcəllənin tələblərinə ziddir".

Ekspert bildirib ki, mənzil-istismar sahələrinin MMC-lərə çevrilməsi ilə bağlı artıq bu il müəyyən tədbirlər görülüb:

"Bu, müsbət addımdır. Gələcəkdə vətəndaşlar həmin MMC-lərlə münasibətlərini hüquqi çərçivədə qura biləcəklər. Əvvəllər bu münasibətlər qanunla lazımi səviyyədə tənzimlənmirdisə, bundan sonra hüquqi tənzimləmənin tətbiqi mümkün olacaq. Digər məsələ istilik təchizatı ilə bağlıdır. 2025-ci ildə mini qazanxanaların tikilməsi məsələsi parlamentdə müzakirə olundu və bunun üçün müəyyən vəsait ayrıldı. Artıq ölkə üzrə, əsasən də böyük şəhərlərdə çoxmənzilli binaların isti su və istiliklə təmin edilməsi məqsədilə mini qazanxanaların tikintisi layihəsi həyata keçirilməyə başlanıb. Bəzi ərazilərdə işlər hələ başa çatmamış ola bilər, lakin gələcəkdə bu qazanxanaların ətrafdakı çoxmənzilli binalara xidmət göstərməsi nəzərdə tutulur. Bununla belə, yeni inşa edilmiş binaların da həmin sistemə qoşulub-qoşulmayacağı hələlik açıq məsələdir.

Gələcəkdə inşa olunacaq binalarla bağlı da yeni qaydalar mövcuddur. Beş mərtəbəyədək binalarda kombi sistemindən istifadəyə icazə veriləcək. 2026-cı ildən etibarən layihələndirilən beş mərtəbədən hündür binalarda isə kombilərin quraşdırılmasına yol verilməyəcək. Belə binalarda alternativ enerji mənbələrindən istifadə olunmalı və ya onlar qazanxana sisteminə qoşulmalıdır. Lakin həmin binaların hansı qazanxanalara qoşulacağı, xüsusilə də mini qazanxanalardan istifadə hüququnun olub-olmayacağı ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Hazırkı vəziyyətdə yeni layihələndirilən binaların ərazisində həmin binalara xidmət göstərəcək mini qazanxanaların və ya digər qazanxanaların tikintisi də layihələrə daxil edilir. Ancaq burada tariflərlə bağlı fərq yaranır".

E.Azadov qeyd edib ki, digər mühüm məsələ binaların pasportlaşdırılmasıdır:

"Bu proses həm enerji resurslarının qorunması, həm də ətraf mühitin mühafizəsi və emissiyaların azaldılması baxımından əhəmiyyətlidir. Binaların pasportlaşdırılması yalnız reklam və marketinq məqsədi daşımamalıdır. Yəni binanın enerji səmərəliliyi yüksək olduğuna görə insanları həmin binadan mənzil almağa təşviq etmək kifayət deyil. Əsas məsələ enerji səmərəliliyinin binanın layihələndirilməsi mərhələsindən nəzərə alınmasıdır. İstismar müddəti başa çatmış köhnə binaların 2060-cı ilədək mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Şəhərin mərkəzi hissəsində yerləşən və dövlət qeydiyyatına alınaraq qorunan memarlıq abidələri isə istisna təşkil edə bilər. Belə binalarda mövcud qaz və istilik təchizatı sistemlərinin, o cümlədən kombi və mərkəzləşdirilmiş istilik sistemlərinin saxlanılması ehtimalı var. Bu halda həmin binaların istilik təchizatı ilə bağlı mövcud vəziyyətin dəyişməməsi mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 188   Tarix: 25 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr