"Yaxşı etmişəm, pula görə kiminlə istəsəm yataram" - Dəhşətli cinayətin TƏFƏRRÜATLARI

"Yaxşı etmişəm, pula görə kiminlə istəsəm yataram" - Dəhşətli cinayətin TƏFƏRRÜATLARIGəncə şəhərində 1956-cı il təvəllüdlü Valeh qeyri-rəsmi yaşadığı Fatmanın (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Sonxeber.az "teleqraf.com"a istinadən xəbər verir ki, Valeh 3 avqust 2020-ci ildə saat 21 radələrində əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Fatmanın yaşadığı mənzildə mübahisə edib.

Mübahisəyə səbəb Fatmanın onun barəsində qonşular arasında həqiqətə uyğun olmayan məlumatlar yayması olub.

Mübahisə zamanı Fatma mənzilin dəhlizə çıxıb uca səslə üzünü binada yaşayan qonşulara tutaraq aralarındakı söhbəti kimə danışdığını aydınlaşdırmağa yönələn çağırışlar edib.

Valeh Fatmadan içəri keçməsini istəsə də, mübahisə daha da qızışıb. Fatma onun ünvanına və daha sonra onun ölmüş oğlunun məzarına söyüşlər söyüb.

Bundan əsbələşən Valeh Fatmanı öldürmək qərarına gəlib. O, "Ruskiy Razmer" adlı spirtli içki şüşəsi ilə Fatmanın təpə nahiyəsindən vurub.

Daha sonra mətbəxdən götürdüyü bıçaqla qadının qarın nahiyyəsindən bir neçə dəfə vurub. Ətrafdakı insanların hadisəyə aktiv müdaxiləsi və yaralını qısa müddət ərzində xəstəxanaya çatdırılması nəticəsində Fatmanın həyatı xilas olunub.

İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə fadə verən Valeh ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təxminən 18 il Fatma ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb:

"Son vaxtlar aramızda çoxsaylı mübahisələri olurdu. Mübahisələrin səbəbi isə Fatmanın yüngül həyat tərzi keçirməsi, demək olar ki, hər gün ünvanıma nalayiq söyüşlər söyməsi olub. Avqustun 3-də evdə idim, Fatma isə qızıgilə getmişdi.

Saat 21 radələrində Fatma evə qayıtdı. Ondan nəyə görə barəmdə qonşuların yanında həqiqətə uyğun olmayan sözlər danışdığını soruşdum. Aramızda mübahisə yarandı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Fatma qonşulara guya onu 3 aylıq evə buraxdığını, evdən çıxarmaq istəsə də, çıxmaq istəmədiyini deyib:

"Fatma isə dəhlizə çıxıb yaxşı etdiyini, kişiyə yox, pula ehtiyacı olduğunu və pula görə kiminlə istəsə cinsi əlaqədə olacağını söylədi. Aramızda mübahisə daha da gücləndi.

Fatma dəhlizdə qışqırmağa başladı. Ünvanıma və daha sonra ölmüş oğlumun məzarına söyüşlər söydü, nalayiq ifadələrlə məni evdən qovdu. Mən də oğlumun məzarına söyməsinə dözmədim. Eyvanda stolun üzərində olan "Ruski Razmer" markalı araq butulkasını və bıçağı əlimə götürdüm.

Fatma söyüş söyməyə davam etdiyi üçün araq butulkasını ona tərəf atdım. Həmin butulka Fatmanın başına dəydi. O, yerə yıxıldı, başı döşəməyə çırpıldı".

Valehin ifadəsinə görə, daha sonra Fatmanın yanına gəlib və əlində olan bıçaqla ona bir neçə dəfə vurub:

"Bıçağın dəstəyi qırılaraq otağın içərisinə düşdüyü üçün zərbə vurmağı saxladım və bıçağın tiyəsini dəhlizə tulladım.

Həmin vaxt qonşuluqda yaşayan Mələk əlindəki çomaqla mənə tərəf gəldi. Evdən çıxdım və üzü Kəpəz rayon Polis İdarəsi istiqamətində getdim. Polis idarəsinə girdim, Fatmanı bıçaqla vurduğumu könüllü olaraq etiraf etdim və təslim oldum".

Valeh ifadəsinə göstərib ki, Fatmanı vurmaqda məqsədi onu öldürmək yox, mərhum oğlunun ünvanına nalayiq formada söyüşlər söyməsinə görə ona xəsarət yetirmək olub:

"Bıçaqla Fatmanın üzərinə getdim, onun ayaq nahiyəsinə zərbələr vurmaq istədim. Fatma ayaqları ilə müqavimət göstərdiyindən bıçaq onun qarın nahiyəsinə bıçaq dəydi. Törətdiyim əmələ görə peşmanam".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fatmanın sözlərinə görə, Valeh 2006-cı ildə tanıyıb: "Bundan sonra Valehlə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışıq. Münasibətlərimiz həmişə yaxşı olub. Mənə yalanlar danışdığına görə təxminən 4 il olar ki, ayrılmışıq".

Zərərçəkmiş qeyd edib ki, avqustun 3-də qızının yaşadığı "Sevinc" qəsəbəsindən öz evinə qayıdanda Valehi evdə görüb:

"İçəri keçdim, Valehdən nə üçün evə gəldiyini soruşdum. Dedi ki, sən sözümu danışmısan. Mən kimə nə danışdığımı soruşdum, heç bir cavab vermədi. Evin qarşısına çıxdım, üzümü qonşulara tutaraq "mən kimə nə demişəmsə gəlsin mənim üzümə desin" deyə səsləndim.

Bir az uca səslə danışdığım üçün Valeh məndən içəri keçməyi tələb etdi. Lakin içəri keçmədim, dəhlizdə dayandım. Məndən sakit danışmağımı istədi. Mən isə ona nalayiq formada evdən getməyi bildirdim.

Nalayiq ifadədən sonra Valeh evin eyvanına keçdi, spirtli içki şüşəsini əlinə götürərək mənə tərəf gəldi, dəhlizdə dayandığım yerdə başımın sağ tərəfindən zərbə ilə vurdu.

Zərbənin təsirindən yerə yıxıldım. Valeh içəri keçdi, evdən bıçağı götürərək üzərimə cumdu. Əlindəki bıçaqla mənə bir neçə dəfə zərbələr vurdu. Ayaqlarımla Valehə müqavimət göstərsəm də, zərbələrin təsirindən bir anlıq huşumu itirdim".

Fatmanın ifadəsinə görə, qonşuları tərəfindən xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib.

Qeyd edib ki, Valehin ölmüş oğluna qarşı təhqiramiz ifadə işlətməyib. Valehin hərəkətləri onu birbaşa öldürməyə yönəlib, bıçağın dəstəyinin qırılmayacağı və qonşuların kənardan müdaxilə etməyəcəyi təqdirdə Valeh onu öldürmüş olacaqdı.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hakim heyəti Valehin əməlini Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edib. Ona 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5085   Tarix: 06 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

26 oktyabr
.

Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan 61,15 milyo

25 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25 oktyabr
.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr