Pis qoxulu Yeni il oyuncaqları: Xərçəng, Daun sindromu, yana biləcək evlər - ARAŞDIRMA

Pis qoxulu Yeni il oyuncaqları: Xərçəng, Daun sindromu, yana biləcək evlər - ARAŞDIRMA"Qızımla mağazaların birində alış-veriş edirdik. Bu zaman iki oyuncaq bəyəndi. Onları əlinə aldı və çox pis qoxu gəldiyini bildirdi. Mən də həmin oyuncağı qoxulayanda gördüm ki, doğrudan da oyuncaqlarda heç xoş olmayan qoxular gəlir".

Sonxeber.az xəbər verir ki, bunu Lent.az-a oxuculardan biri deyib.

Doğrudan da narahat olunası məsələdir. Bununla bağlı hətta mütəxəssislər bildirirlər ki, Yeni il oyuncaqları və yaxud bəzəklərini alarkən ilk növbədə sahibkarlardan sertifikat tələb etmək lazımdır. Daha sonra yolkaların və oyuncaqların hansı materialdan hazırlanmasına baxılmalıdır. Belə ki, əgər yolka və oyuncaqlar əllə sürtülən zaman rəng verirsə, pis qoxu gəlirsə, bu zaman mütləq şəkildə həmin oyuncaqlardan imtina edilməlidir.

Hə, 2021-in bizi tərk etməsinə 1 ay qalıb. Yola salacağımız ili də, qarşılayacağımız ili də xüsusi bayramla qeyd edirik. Yeni il, yeni yolka, yeni oyuncaqlar.

Əslində ilk dəfə Avropa ölkələrinin sakinləri Yeni il üçün evlərini bəzəyiblər. Dəfələrlə buna qadağalar qoyulsa da, insanlar yenə şam ağaclarına müxtəlif oyuncaqlar asıblar. Dəb kimi yolka bəzəmək adəti isə 16-cı əsrin birinci yarısından başlayıb.

Qeyd edək ki, 18-ci əsrin ortalarına kimi şam ağacının üzərindəki bəzək əşyaları yalnız yeməli idi, yəni konfetlərdən, şokoladlardan, hətta vaflilərdən, kekslərdən, qozlardan, meyvələrdən bəzək kimi istifadə olunub. Daha sonra isə yolkalar rəngli çilçıraqlarla, zərlərlə, oyuncaqlarla, yanıb-sönən ulduzla bəzədilməyə başlanıb.

1848-ci ildə isə Lauş şəhərciyində ilk dəfə yolkalar üçün xüsusi şar oyuncaqlar hazırlanıb.

Əvvəllər oyuncaqların çoxunu qara örtüklü gümüş nitrat ilə hazırlayırdılar, amma indi oyuncaqlar gümüş və qızıl tozuyla örtülür.

Evləri bəzəyən, Yeni ili xarakterizə edən oyuncaqlar ilə təəssüf ki, yeni xəstəlikləri də qarşılaya bilərsiniz.

Bəs, keyfiyyətsiz oyuncaqlar uşaqlarda hansı xəstəlikləri yaradır?

Pediatr Elşən Tağıyev bildirir ki, plastik oyuncaqlar uşağın sağlamlığı üçün zərərli ola bilər. Çünki onların tərkibinə bisfenol adlı kimyəvi qarışıq əlavə olunur:

"Bisfenol plastiki sərtləşdirmək üçün istifadə olunan qatqıdır. Plastik qablar və oyuncaqların tərkibindəki bisfenol sonradan orqanizmə daxil ola bilər. Son illər aparılan tədqiqatlar göstərir ki, bisfenol uşağın beyninin inkişafına, prostat vəzinə mənfi təsir göstərir.

Bisfenol və davranış pozğunluqları arasında da bağlılıq olduğu sübut olunub. O həmçinin Daun sindromu riskini artırır. Eyni zamanda bisfenol kanserogen (xərçəng yaratma)xüsusiyyətinə malikdir. Bisfenol tərkibli butulkalar, plastik qablar və oyuncaqların istifadəsi ABŞ-da 2012-ci ildən qadağan olunub. Körpənizin sağlamlığı üçün tərkibində bisfenol olmayan plastikdən hazırlanan oyuncaqlardan istifadə edin"

Hazırda isə bazarda kifayət qədər keyfiyyətsiz oyuncaqlar var. Bəs, zərərli oyuncaqların satışına kim icazə verir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirir ki, Nazirlər Kabinetinin 343 saylı qərarına görə, bir sıra mallar, o cümlədən uşaq oyuncaqları məcburi sertifikatlaşdırılan məhsullar siyahısındadır:

"Uşaqlar oyuncaqları əllərinə, ağızlarına toxundururlar. Təəssüf ki, Azərbaycan bazarında olan uşaq oyuncaqlarının çox böyük hissəsi, hətta 90 faizi heç sertifikatlaşdırılmır. Açıq bazar iqtisadiyyatından sui-istifadə edilir. Buna görə də, bazara arzuolunmaz oyuncaqlar daxil olur".

Onun dediyinə görə, ölkəmizə Çindən, Türkiyədən, Rusiyadan külli miqdarda oyuncaq gətirilir. Oyuncaq alarkən mütləq sertifikat tələb edilməlidir. Bundan başqa insanlar oyuncaqların keyfiyyətini valideynlər özləri də müəyyən edə bilərlər.

"Oyuncaqdan pis qoxu gəlirsə, həmçinin isladılmış ağ tənzifi oyuncağa sürtüb onun rənginin tənzifə çıxıb çıxmadığına baxmaqla, gəlinciklərin saçını dartaraq qopub qopmadığını, oyuncaqların sınıb sınmadığını yoxlamaqla bilmək olar. Əgər bu hallar varsa, mütləq həmin oyuncaqlardan imtina edilməlidir. Eyni zamanda sertifikatlaşdırılmayan oyuncaqla qarşılaşan zaman İqtisadiyyat Nazirliyinin 195 telefon nömrəsinə zəng etmək lazımdır".

Mütəxəssisin sözlərinə görə, Yeni il oyuncaqları ilə ehtiyatlı davranmaq lazımdır:

"Mən özüm şahid olmuşam, yolkanı naqilə birləşdirən işıqlarda problem yaranıb və bunun nəticəsində də bir ev tamamilə yanıb. Ona görə də, çox diqqətli olmaq lazımdır. Çünki yolkalar çox tez alışır".

Bəs, Azərbaycanda uşaq oyuncaqları niyə istehsal olunmur?

Məsələ ilə bağlı iqtisadçı Elşad Məmmədov qeyd edir ki, Azərbaycanda oyuncaq sənayesinin inkişaf etməməsi, bu istiqamətdə istehsalın olmaması Çin amili ilə bağlıdır.

"Çünki Çin bu sahə üzrə bazarda hegemon statusa malikdir. Eyni zamanda ölkənin daxili bazarının kifayət qədər böyük olmaması və regional iqtisadi inteqrasiyanın inkişaf etməməsi bazarların formalaşmasına imkan yaratmır.

Bununla yanaşı ölkədə maliyyə resurslarına çıxışın çətin olması istehsalı mümkünsüzləşdirir. Çünki istehsalın bünövrəsi investisyalardan, maliyyə resurslarından başlayır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2464   Tarix: 07 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun

Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür. xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir. Plovun lap

17 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr