Azərbaycanın və azərbaycanlıların rekordları (SİYAHI)
Dünyada insanlar tərəfindən həyata keçirilən və yaxud təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məşhur Ginnesin Rekordlar Kitabında Azərbaycan və azərbaycanlılarla bağlı rekordlar da qeydə alınıb. Həmin rekordları oxucularımıza təqdim edirik:
1. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olmuş, 400 nəfər isə xəsarət almışdır. Bu qəza "Ginnes Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
2. Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.
3. Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən ən azyaşlı qalibdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enmişdir.
4. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Hazırda bu rekord təzələnib.
5. Azərbaycanlı şahmar qrossmeysteri, 1986-cı ildə anadan olmuş Qədir Hüseynov 1994-cü ildə Rumıniyada keçirilmiş Avropa çempionatında 1-ci yeri tutaraq 8 yaşında qazandığı bu nailiyyətə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
6. Cənubi azərbaycanlı Hüseyn Rezazadə "Ginnesin Rekordlar Kitabına" planetimizin ən güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran həmyerlimiz 2004-cü ildə 263.5 kq ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.
7. Hüseyn Rzazadə "Ginnesin Rekordlar Kitabı"na planetimizin an güclü pəhləvanı kimi daxil olub. Güney Azərbaycanlıdır. 1978-ci ildə Ərdəbildə anadan olub. Ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionudur. 263 kiloqram ağrlığı başı üzərinə qaldıran Hüseyn 2004-cü ildə 263.5 kq ağırlığı qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyib.
8. Dünyanın ilk gənc peşəkar rəssamı kimi rekordlar kitabına adını yazdırmış Stanislav Şpanin də azərbaycanlıdır. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav milliyətcə rus olsa da, 2002-ci ildə Azərbaycan vətəndaşı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
9. Etibar Elçiyev "Ginnesin Rekordlar Kitabı"na düşmüş son azərbaycanlıdır. Gürcüstanın Borçalı mahalında yaşayır. O, öz bədəni ilə dəmir əşyaları saxlamaq bacarığı ilə "Maqnit adam" ləqəbi alıb. Etibar Elçiyev 2014-cü ildə bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda bədənində saxladığı metal qaşıqlarıN sayına görə üzrə dünya rekordu vurub. "Maqnit adam" bədənində eyni vaxtda 50 qaşıq saxlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR