Orada hamilə olmayan qızı almırlar – Bu toy adəti sizi ŞOKA SALACAQ

Orada hamilə olmayan qızı almırlar – Bu toy adəti sizi ŞOKA SALACAQBu gündən Azərbaycanda toylara rəsmən icazə verilir. Azərbaycan toyu nədir, necə keçirilir, adamları qane edirmi? Suallara müxtəlif cavablar var. Qələm adamlarının çoxu toy adətlərimizi tənqid edir, bəzənsə, lağa qoyub gülürlər. Bəs dünya ölkələrində bu adətlər necədir? Bizə qəribə gələn, heyrətimizə səbəb olan, içimizdə gülüş doğuran nələrsə varmı? Gəlin baxaq.

İngiltərə

Sonxeber.az kulis.az-s istinadən bildirir ki, İngiltərədə nikah mərasimindən əvvəl bəyin dostları onun gözlərini bağlayaraq şəhər kənarında bir yerə aparıb orada qoyurlar. O isə bəy geyimində və pulu olmadan nikahın baş tutacağı kilsəyə vaxtında gedib çıxa bilməlidir.

Polşa

Gəlinlər pul qarşılığında rəqs etməlidir.

İsrail

Toy mərasimində arasında şüşə qırıqları olan parça üzərindən keçmək lazımdır. Şüşələrin qırılması isə xoşbəxtliyə və kədərə işarədir.

Mavritaniya

Gəlinin arıq olması xəstəlik və eybəcərlik sayılır. Qızlar uşaqlıq dövründən başlayaraq yağlı yeməklərlə bəslənib, çəkilərini sürətlə artırırlar. Toydan öncə gələcək gəlinlər kökəlmək üçün xüsusi fermalara göndərilib, yağlı xörəklər, buğda unundan hazırlanmış təamlar və dəvə südü ilə bəslənirlər.

İsveç

Gəlini və bəyi öpmək üçün sıraya düzülürlər. Gəlin dözməyib qaçarsa, qızlar bəyi öpür. Bəy aradan çıxarsa, kişilər gəlini növbəylə öpür.

Borneo

Borneo adasında bəy və gəlinin üzərinə böyük əziyyət düşür. Onlara üç gün ərzinə ayaqyoluna gedib, təbii ehtiyaclarını ödəmək qadağası qoyulur. Əgər tərəflərdən biri bu qaydanı pozarsa, gələcək ailə həyatı möhkəm olmayacaq. Bu, həm də ailədə sonsuzluğa səbəb ola bilər. Gələcək ailənin işini bir az yüngülləşdirmək məqsədilə üç gün ərzində onlara yemək və su verilmir.

Şotlandiya

Toy günü gəlini ağaca bağlayırlar. Toya gələnlər ailə həyatının məşəqqətini onun üzərinə zir-zibil və laxlamış yumurta atmaqla nümayiş etdirirlər.

Bali

Bu adada hamilə qamayan qızla heç kim evlənmək istəmir. Oğlanların valideynləri düşünürlər ki, toyadək hamilə qalmayan qızın sonsuz olma ehtimalı böyükdür və nəsillərini davam etdirə bilməyəcək. Bundan əlavə, Balidə evlənən cütlüklərin hər ikisinin dişləri keyidici olmadan, iti alətlə kəsilir. Bu prosesi həyata keçirmədən gənclərin nikahını heç kim kəsmir.

Kamboca

Kambocanın kreunq qəbiləsində hər bir ata böyüyən qızı üçün daxma tikir. Qızlar bəyəndikləri oğlanları buraya dəvət edib, intim münasibətdə olur, ailə qurmaq istəyib-istəmədiyinə qərar verir. Qız qərarını dəqiqləşdirməyənədək, daxmasından keçən oğlanların sayını-hesabını itirə də bilər. Yalnız hamilə olduğu təqdirdə, ən son görüşdüyü məşuquna ərə gedir.

Pakistan

Bəy gəlinin ailəsi tərəfindən təhqir edilir. Bəy bunlara soyuqqanlı dözürsə, qız evinin cavabı müsbət olur.

Hindistan

Hindistanın bir sıra bölgəsində heyvanlara ərə getmək adəti var. İnanclara görə, əgər qızın ən az bir dişi vertikal yox, horizontal şəkildə bitirsə, o, pələnglərin yeminə çevriləcək. Odur ki, gənc qızları bu bəxtsizlikdən qorumaq üçün heyvanla evləndirirlər. Xoşbəxtlikdən bu evlilik rəsmi xarakter daşıyır. Bundan sonra gəlinlər əsl kişi ilə ailə qura bilərlər.

Vikinqlər

Gəlin namizədlər pulla alınırdı. Yəni, bəy gəlinin atası ilə danışıq aparır və gəlini pulla özünə arvad edir. Buna oxşar bizdə də adət olub: başlıq pulu vermək.

Tayvan

Gəlinin bakirəliyini bəyin dostları və ya yaxınlarından biri pozur. Səbəb: bəy belə cansıxıcı işlə zaman itirməsin.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5986   Tarix: 09 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun

Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür. xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir. Plovun lap

17 oktyabr
.

Paltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?

Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind

12 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr