İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO

İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTODekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident Maya Sandu dövlətimizin başçısını salamlayıb: "Salam, cənab Prezident".

Prezident İlham Əliyev: "Salam, Sizinlə tanışlığıma şadam".

Prezident Maya Sandu: "Sizinlə də şəxsən tanışlığıma şadam".

Prezident İlham Əliyev: "Sizi görmək çox xoşdur".

Prezident Maya Sandu: "Təşəkkür edirəm".

Prezident İlham Əliyev: "Bu, bizim birinci görüşümüzdür. Mən Sizi seçkilərdə qələbə münasibətilə bir daha təbrik etmək və Sizə uğurlar arzulamaq istəyirəm".

Prezident Maya Sandu: "Çox sağ olun".

Prezident İlham Əliyev: "Ümid edirəm ki, ölkələrimiz arasında münasibətlər müsbət məcrada inkişaf etməyə davam edəcək. Bu baxımdan şəxsi təmaslar çox vacib rol oynayır".

Prezident Maya Sandu: "Elədir ki, var. Çox sağ olun cənab Prezident. Sizə qaz böhranı keçirdiyimiz müddətdə bizə dəstək olduğunuza görə minnətdarlığımı bildirmək istəyirəm. Biz potensial həlləri araşdıra bilərdik. Sonda biz qısamüddətli həll yolunu tapdıq. Lakin biz enerji sektorunda əməkdaşlığımızı müzakirə etmək istəyirik. Əlbəttə ki, biz biznes baxımından əməkdaşlığımızın dərinləşdirilməsi, fikir mübadiləsinin aparılması üçün imkanları araşdırmaqda həmişə maraqlıyıq. Biz Moldovada biznes mühitinin yaxşılaşdırılmasında çox maraqlıyıq. Biz insanlarımız üçün daha çox iş yerləri yaratmaq istəyirik. Biz xaric investorların cəlb edilməsində və istənilən digər ölkələr kimi yeni bazarların tədqiqində maraqlıyıq. Beləliklə, mən təmasların yaradılması və biznes forumlarını təşkil etməklə biznesmenlərimizə bir-biri ilə ünsiyyət yaratmağa kömək imkanını görürəm ki, hər iki ölkənin vətəndaşlarına kömək edə bilək".

Prezident İlham Əliyev: "Bəli, mən Sizinlə razıyam. Hesab edirəm ki, biz hökumətlərarası birgə komissiyanın fəaliyyətini də gücləndirməliyik. Komissiyanın yeni toplantısı keçirilməlidir. Çünki komissiyanın üzvləri demək olar on ildir ki, bir araya gəlmirlər. Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir. Hesab edirəm bunun artırılması üçün potensial var. Lakin bunun üçün Sizin dediyiniz kimi biznes dairələri bir araya gəlməlidir. Komissiyanın toplantısı olsa onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarətin səviyyəsini artıra bilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik. Enerji əməkdaşlığı məsələsində bilirsiniz ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq və yeni bazarlara çıxış bizim üçün böyük əhəmiyyət kəsb edir. Buna görə düşünürəm ki, bu məsələ ilə bağlı ümumi zəmini tapacağıq".

Görüşdə, həmçinin Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd olundu. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması, enerji, investisiya sahələrində, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

15:06

Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTOİlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTOİlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTOİlham Əliyev Moldova Prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 972   Tarix: 15 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

9 noyabr
.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri

9 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

8 noyabr