16 yaşında ərə getdi, oğlunun ölümünə dözə bilmədi...

16 yaşında ərə getdi, oğlunun ölümünə dözə bilmədi...Bu gün Əməkdar artist Zöhrə Abdullayevanın doğum günüdür.

Sonxeber.az Kulis.az-a istinadən bu münasibətlə sənətçi haqda on maraqlı faktı təqdim edir.

1. Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub Azərbaycan Dövlət Texnologiya universitetin bitirib. Sara Qədimova, Əbülfət Əliyevdən, Münəvvər Kələntərlidən fərdi muğam dərsləri alıb. Peşəkar səhnəyə İslam Rzayev gətirib.

2. Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Onların birgə on iki silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqilərini Məmmədbağır müəllim yazıb. Onlar birgə "Həccə gedirəm", "Gəlin gəlir evimizə", "Bağban, ay bağban", "Şuşa maralı" kimi mahnılar ifa edib.

3. Məmmmədbağır Bağırzadə ilə duet oxuduğuna görə onlar haqqında müxtəlif şaiyələr gəzib. Hətta onların vətəndaş nikahında yaşadığı deyilib. Lakin, müğənni bunlara etiraz edərək müsahibələrinin birində deyib:

"Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. "O, dünyasını dəyişəndə əli o xanımın əlində oldu". Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki... O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt "bacı" dediyi adama pis gözlə baxmazdı. O qadınla iyirmi il yaşadı".

4. O, Allaha inandığı qədər, həm də, kəm gözlərə, caduya inanırmış. Müsahibələrinin birində bu haqda deyir: Caduya həm inanıram, həm də yox. Bir dəfə evdə neylon pərdəmdə 5 barmaq izi gördüm. Onu nə qədər yudum, ağardıcılara da, xlora da qoydum, ləkələr getmədi. Amma mən o evdə yaşayanda ruzim da yox idi, işlərim də çətin gedirdi. Sonra biz o pərdəni atdıq. Və onu küçə təmizləyən götürdü. İnanırsınız, onun da işləri çox pis oldu. Bir yaxın qohumumuz var idi. O gəlib gedirdi bizə. Bəlkə də o idi. İnsanların daxilini bilmək olmur. Biz evimizi dəyişəndə, mən yataq dəstimi qardaşımın ailəsinə bağışladım. İnanmazsınız, döşəyi qaldıranda, orada yağın içində bir qıfıl çıxdı. Mən orda rəhmətlik anamla yatırdım. Mənə elə gəlir ki, bəlkə də mənim anamı elə o yağ apardı, cadu öldürdü. Təsəvvür edin, yatdığımız vaxtda, gecə saat 3-də ikimizin də ayağımızdan elə bil dartdılar. Sən demə, orada qıfıl var imiş".

5. Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Bu evlilikdən onun İsrafil adlı oğlu olur. Oğlunun ailə qurmaq vaxtı çatanda, müğənni öz bacısı qızını oğluna alır. Bu evlilikdən xanəndənin iki nəvəsi doğulur.

6. Birinci evliliyindən sonra müğənni heç vaxt ailə qurmayıb. O, müsahibələrinin birində bu barədə deyir:

"Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah-Təala onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm. Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Amma mənə layiq insan olmadı.

7. Deyilənlərə görə xalq mahnısı kimi bilinən "Qarabağ maralı" mahnısının sözləri və musiqisi İsgəndər Novruzlu adlı şəxsə məxsus olub. Və o, bu mahnını Zöhrə xanımın anasına ithaf edib.

8. Olduqca şux, deyib gülməyi sevən, həyata bağlı olan Zöhrə Abdullayevanın sevincli günləri oğlu İsrafilin 24 may 2018-ci ildə beyin xərçəngi xəstəliyindən 47 yaşında vəfat etməsi ilə də başa çatır.

9. Bu itki müğənninin həyatına böyük zərbə vurur. O, on altı kilo arıqlayır, tanınmaz hala düşür. Uzun müddət sonra ilk dəfə efirə çıxan Zöhrə xanım deyir:

"Elə bil hiss etmişdim ki, həyatımda bir sunami olacaq. Həyatımda hər şey sakit və rəvan idi, bu dərəcədə ola bilməzdi axı! Allah kaş mənə nə isə edəydi... Ağıllı balam ağıllı başından xəstələndi. Qəfil oldu, səbəbini bilmədik. Həkim deyir, ola bilər başı haçansa harasa dəyib. Doğrudan da bir dəfə bağda 2-ci mərtəbədən yıxılmışdı. Amma başı dəymədi axı... İndi də deyirlər yazıdır, bəlkə mənə ürək-dirək verirlər. Balam ağıllı balalar, ağıllı həyat yoldaşı qoyub gedib. Hər şərait yaradıb onlara. Amma mənə özü lazımdır. Özünü istəyirəm! Balamı istəyirəm! Razıyam e, yuxuma gəlib mənə desin ki, yerim yaxşıdır, ağlama. Görün nə həddir ki, ona da razıyam!"

10. Uzun sürən xəstəliklər, oğul həsrəti, dərdi Zöhrə Abdullayevaya qalib gəlir. Xanəndə oğlunun həsrətinə yalnız üç il dözə bilir. O, 28 may 2021-ci ildə dünyasını dəyişir. Xırdalan məzarlığında dəfn olunur.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 4107   Tarix: 16 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məşhur aktyor bacısının toyuna getmədi - İLGİNC SƏBƏB - VİDEO

Məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivit ailə həyatı qurub. xəbər verir ki, toy mərasimi Samsunun Bafra rayonunda keçirilib. Özçivit ailəsinin üzvləri və yaxın dostlarının iştirak etdiyi mərasimdə Burak Özçivit və həyat yoldaşı Fahriye Evcenin olmaması diqqət çəkib. Məlumata görə, Burak Özçivi

30 avqust
.

Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq

Türkiyəli aktrisa Aslı Bekiroğlu 9-cu dəfə əməliyyat olunacaq. axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa özü açıqlama verib. O, bildirib ki, bu əməliyyat üçün əvvəlcə çəki atmalıdır. Qeyd edək ki, uşaqlığından mioma götürülməsi üçün əməliyyatı zamanı Aslının səhvən bağırsağı kəsəlib. Bunda

15 avqust
.

İllərdir yaşanan küsülülük bitdi - Foto

Əməkdar artist Könül Kərimova ilə müğənni Təranə Qumral arasında illərdir davam edən küsülülük sona çatıb. Axşam.az xəbər verir ki, sənətçilər uzun fasilədən sonra bir araya gələrək birlikdə foto çəkdiriblər. Təranə Qumral həmin görüntünü sosial şəbəkə hesabında paylaşaraq "Uzun aradan sonra yenidə

29 avqust
.

8 il sonra eyni serialda çəkiləcəklər

"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Serhat Kılıç rol alacaq. O, layihədə "Yadigar"ı canlandıracaq. Qeyd edək ki, serialın baş rolunu Tolqa Sarıtaş ifa edir. Tolqa və Serhat 8 il əvvəl "Söz"

23 avqust
.

Könül Kərimovanın qızı boşanıb

Əməkdar artist Könül Kərimovanın qızı Ləman boşanıb. Axşam.az xəbər verir ki, müğəninin qızı bu barədə özü açıqlayıb. O, həyat yoldaşı Orxanla ayrıldıqlarını bildirib. Qeyd edək ki, Ləmanın 2017-ci ildə Orxanla ailə qurub. Onun bu evlilikdən Dəniz adlı bir qızı var

29 avqust
.

"Blogerlər tələbəyə nə öyrədəcək?" - Universitetlərə səsləndi

Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsi

29 avqust
.

Məşhur türk müğənni yaşını 4 yaş azaldıb

Türkiyəli məşhur müğənni və aparıcı Seda Sayan barədə maraqlı məlumat diqqət çəkib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı sənətçi yaşını məhkəmə qərarı ilə 4 yaş azaldıb. Sedanın şəxsiyyət vəsiqəsində 1959-cu il olan təvəllüdü 1962 olaraq dəyişdirilib. Onun qərarı izləycilər arasınd

30 avqust
.

Xəstəxanaya yerləşdirilən Xosedən DİQQƏTÇƏKƏN ADDIM - FOTO

Reper Elşad Xose sosial media hesabındakı addımla diqqət çəkib. xəbər verir ki, Xose instaqram səhifəsində bütün şəkillərini silib. O, yalnız 2021-ci ildə paylaşdığı və "Birazdan sükut pozulacaq" şərhli fotosunu saxlayıb. Qeyd edək ki, bir müddət əvvəl "skndl" səhifəsi Elşadın Maştağad

30 avqust
.

Ronaldo ilə evləndi, keçmiş sevgilisi ilə fotosu yayıldı

Cristiano Ronaldo ilə yaxın günlərdə ailə quran Georgina Rodrigesin illər əvvələ aid olduğu iddia edilən fotoları yenidən sosial şəbəkələrdə yayılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, 2016-cı ilə aid olduğu görünən görüntülərdə Rodriges bir kişi ilə birlikdə əks olunub. Fotolarda görünə

18 avqust