Prezidentin hər görüşü diplomatiyamızın uğurudur

Prezidentin hər görüşü diplomatiyamızın uğurudurDekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak edən ölkə başçısı İlham Əliyev həm də İspaniyanın "El Pais" qəzetinin müxbirinə də geniş müsahibə verib. Sammitdə və çoxsaylı görüşlərdə Azərbaycan Prezidentinin kifayət qədər uğurlu çıxışları, inamla verilən mesajları dünya mediasının diqqətini cəlb edib. Prezident İlham Əliyev İspaniyanın "El Pais" qəzetinin verdiyi suallara həmişə olduğu kimi, son dərəcə təmkinlə, arqumentlərlə, faktlarla cavab verdi və Ermənistanın riyakar siyasətini ifşa etdi.
Ölkə Prezidenti çox peşəkarcasına regionla, postkonflikt dövrü ilə, regionda açılacaq kommunikasiyalar, yollarla, Zəngəzur dəhlizi ilə, Laçın dəhlizi ilə bağlı son dərəcə ciddi, qətiyyətli mesajlar verdi və bu mesajlar birmənalı şəkildə əvvəlki mesajları bir daha möhkəmləndirən, bir daha əsaslandıran mesajlar idi. Brüsselə səfər son dərəcə uğurlu bir səfər, uğurlu bir görüş oldu. ölkə Prezidentinin Avropa Birliyində bütün görüşləri həm Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirilməlidir.
Müsahibədə qeyd edilib ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hərbi əməliyyatlar başa çatdıqdan və birgə Bəyanat inzalandıqdan sonra isə saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. İndiyədək Azərbaycan 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar.
Dövlət başçısı qeyd edib ki, həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir: "Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib". Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir.
Bildirilib ki, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam və Füzuli kimi böyük şəhərlər tamamilə yerlə-yeksan edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri vardır. Buna baxmayaraq Azərbaycan Ermənistanla danışıqlar aparmağa hazırdır.

İlqar Əliyev – Dövlər İdarəçilik Akademiyasınin tələbəsi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1078   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun

9 noyabr
.

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah

9 noyabr
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

8 noyabr