Sabiq rəis uşaqlıq dostuna qarşı külli miqdarda dələduzluq edib
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilən Samir Məmmədov, Azər Orucov və Cavidan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Məmmədovla C.İbrahimova şərti cəza verilib, A.Orucov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S.Məmmədov Dövlət Gömrük Komitəsində yüksək vəzifədə işləyərkən öz qulluq mövqeyindən sui-istifadə edib və aldatma yolu ilə özgənin əmlakını vahid qəsdlə dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, o, digər şəxslərlə birlikdə qabaqcadan əlbir olaraq 2020-ci ildə uzun müddət dostluq münasibətlərində olduğu, biznes fəaliyyəti ilə məşğul olan şəxsin ümumilikdə 192 150 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək aralarında bölüb.
İttiham aktına qeyd edilib ki, S.Məmmədov tanışına onun şirkətinə məxsus 6 ünvanda yerləşən 2 150 kvadrat metr qeyri-yaşayış sahəsinin və həmin tikilinin yerləşdiyi 2 hektar həcmdə torpaq sahəsinin sənədləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması vədini verib. Daha sonra o, vədinə əməl etməyib.
Məhkəmədə dindirilən S.Məmmədov ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində göstərib ki, 1991-ci ildən uşaqlıq dostu olan zərərçəkmişlə ortaq biznes fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən Dövlət Gömrük Komitəsində işə başlayıb və rəhbər vəzifələrdə çalışıb. 2018-ci ildən 2020-ci ilin oktyabr ayınadək Dövlət Gömrük Komitəsinin idarələrinin birində rəis, 2020-ci ilin oktyabr ayından isə Astara dəmiryolu gömrük postunda rəis vəzifəsində işləyib.
İstintaq orqanları tərəfindən təqsirləndirilən şəxslərin barələrində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi