Ötən il bullinqə məruz qalan uşaqların sayı AÇIQLANDI
2020-ci ildə psixi və ya davranış pozuntuları ilə bağlı ilk dəfə diaqnoz qoyulan, 0-18 yaşa qədər olan uşaqların ümumi sayı 2629 nəfər olub.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
O bildirib ki, 0-13 yaş qrupu arasında isə bu rəqəm 1946 olub:
"Təəssüf ki, bu rəqəmlər ilbəil artmağa doğru gedir. Ən çox bullinqə məruz qalanlar yeniyetməlik dövründə olan uşaqlar olur. Bu uşaqların keçid dövründə mühit dəyişikliyi onlara yaxşı təsir etmir. Mən öz qızımı misal çəkə bilərəm. Övladım 5-ci sinfin yarısından məktəbini dəyişmişdi və bu zaman o bullinqə məruz qalmışdı. Yeni sinif yoldaşları onun necə yoldaş olduğunu yoxlamaq istəyirdilər. Mən uşağımın məktəbə getmək istəməməsindən, səssiz oturmasından və məktəbi dəyişmək istəyindən bunu anlamışdım. Başa düşmüşdüm ki, yeni sinifdə bir neçə lider olan qızlar arasında ona qarşı qəribə münasibət olub. Sinif rəhbəri ilə söhbət apardıq və bu problemi müsbətə doğru həll etdik. Artıq yeni sinif yoldaşları onu qəbul etdi və mövcud problem aradan qalxdı.
Bəzən uşaqların "mənə lağ etdilər" sözü biz böyüklər üçün adi gələ bilər. Amma buna diqqət ayırmaq lazımdır. Xüsusilə pandemiya dövründə bu məqamlara rast gəlinirdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 882 Tarix: 18 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr