"Məktəbdə "sən köksən", "səni filan oğlan istəyir" kimi şayiələr uşaqlara pis təsir edir"- Psixoloq
Məktəbdə yeniyetmə yaşında olan qızlara və oğlanlara fiziki görünüşləri ilə bağlı neqativ fikirlərin deyilməsi onların bullinqə məruz qalmasına səbəb olur və aqressiya doğurur. Qızlara "sən köksən", "ayaqların əyridir", "səni filan oğlan istəyir" kimi şayiələr daha çox təsir edir.
Oxu.Az xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib.
O bildirib ki, bənzər durum oğlan uşaqlarında da öz mənfi təsirini göstərir:
"Belə ki, oğlanlara "sən zəifsən", "sən eybəcərsən", "bığlarına bax" kimi sözlərlə psixoloji təzyiqlər, eləcə də birbaşa fiziki şiddətin tətbiq edilməsi faktları ola bilir. Eyni zamanda qismən seksual xarakterli davranışların sərgilənməsi ola bilər ki, oğlan uşaqları bu zaman tez-tez dalaşır, aqressiv olurlar və evdəkilərlə mübahisəyə meyilli olur. Qızlar isə məktəbə getmək istəməməyə başlayırlar. Valideynlər diqqətli olmalıdırlar.
Qız uşaqları bullinqə məruz qaldıqları zaman tez-tez valideynlərindən "mən gözələmmi?" suallarını verirlər. Valideynlər bu kimi durumlardan artıq anlamalıdırlar və dərhal problemin həlli üçün tədbir görməlidirlər. Uşaqlar bunu büruzə verməməyə çalışırlar. Ona görə də valideynlər uşaqların özgüvəninin yerində olmasına, məktəbdən evə gələndəki ab-havasına baxmalı və məktəblə uşaq arasındakı münasibətləri müşahidə etməlidirlər. Valideynlərin uşaqları ilə dərsdən sonra həmsöhbət olmaları tövsiyə olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1300 Tarix: 18 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabr