İlham Əliyev: "Ümid edirik ki, Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək"
"Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilmişdir. Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk".
Sonxeber.az "Report"- a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində deyib.
"Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi. Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik. Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmnunam", - Prezident bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi