Azərbaycan Prezidenti Bakıda Zəfər Muzeyinin tikintisindən danışıb

Azərbaycan Prezidenti Bakıda Zəfər Muzeyinin tikintisindən danışıb"İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Prezidentlərin və digər hökumət rəsmilərinin yüksək səviyyəli səfərləri olub".

Sonxeber.az "Report" - a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində deyib.

"İtaliya bizim əsas ticari tərəfdaşımızdır. İndi isə Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtaliya. Sizə deyə bilərəm ki, hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr var. Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik. Bu, çox rəmzi məna daşıyan bir jestdir, çünki Şuşa bizim üçün müqəddəs yerdir. Şuşa Azərbaycanın mədəni paytaxtıdır. Dini məkanlar isə hər kəs üçün müqəddəsdir. Bu, çox yüksək səviyyəli etimaddır. Bu yaxınlarda Şuşaya səfər edəndə işlərini necə görəcəklərini mənə nümayiş etdirən italyan şirkətlərinin nümayəndələri ilə görüşdüm. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Bu, rəmzi məna daşıyan digər bir jestdir, çünki siz bu tarixi Qələbənin bizim üçün nə qədər böyük məna daşıdığını təsəvvürünüzə gətirə bilərsiniz. Biz tərəfdaşlığımızı nümayiş etdirmək üçün və italyan şirkətlərinin yüksək səviyyəli fəaliyyətini, zövqünü və ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq, məhz buna görə italyan şirkətini dəvət etdik. Mən sizə italyan şirkətlərinin çox fəal iştirak etdiyi azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrini qeyd edə bilərəm. Sizə deyə bilərəm ki, Prezident Mattarellanın ölkəmizə səfəri zamanı biz birlikdə italyan şirkəti tərəfindən tikilmiş neft-kimya zavodunun açılışını etdik. İndi isə eyni şirkət bizim neft emalı zavodumuzun yenidən qurulması üzərində fəal şəkildə işləyir. Bunlar bir neçə milyardlıq layihələrdir. Bu sahələr sənaye, neft-kimya məhsulları, tikinti, memarlıq, bərpa işləri, geniş diapazonlu məsələlərdir. Bir daha qeyd edirəm, bu, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir", - dövlət başçısı söyləyib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1038   Tarix: 18 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun

9 noyabr
.

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah

9 noyabr
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə

8 noyabr